Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

2 Korinflilərə - Fəsil 13

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13

 

Tövsiyə və salamlar

1) *Bu, yaniniza üçüncü gəlişim olacaq. «Hər iddia iki və ya üç şahidin sözü ilə təsdiq edilsin».

2) Ikinci dəfə yaninizda olanda keçmişdə günah işlədənlərə xəbər verdiyim kimi indi uzaqda olanda da onlarin və başqalarinin hamisina xəbərdarliq edirəm ki, yenə yaniniza gələndə onlarin heç birini cəzasiz qoymayacağam.

3) Məsihin mənim vasitəmlə danişdiğina dair istədiyiniz sübut budur. Məsih aranizda zəifliklə deyil, qüdrətlə fəaliyyət göstərir.

4) Çünki O, zəiflik içində çarmixa çəkildiyi halda Allahin qüdrəti ilə yaşayir. Biz də Onda zəifik, amma sizin xeyriniz üçün Onunla bərabər Allahin qüdrəti ilə yaşayacağiq.

5) Özünüzü yoxlayin və iman yolunda olub-olmadiğinizi bilmək üçün sinaqdan keçirin. Isa Məsihin daxilinizdə olduğunu başa düşmürsünüzmü? Yoxsa sinaqdan keçmirsiniz?

6) Ümidvaram, bizim sinaqdan keçdiyimizi başa düşəcəksiniz.

7) Allaha dua edirik ki, pis iş görməyəsiniz; bu bizim sinaqdan keçməmizi göstərmək üçün deyil, sinaqdan keçməyənlər kimi olsaq da, sizin yaxşiliq etməniz üçündür.

8) Çünki həqiqətə qarşi heç nə edə bilmərik, nə etsək, həqiqət uğrunda edirik.

9) Biz zəif, siz isə güclü olanda sevinirik. Bərpa olmaniz üçün dua edirik.

10) Bunlari sizə uzaqdan yaziram ki, yaninizda olanda Rəbbin yixmaq üçün deyil, inkişaf etdirmək üçün mənə verdiyi səlahiyyəti sərt şəkildə istifadə etməyə məcbur olmayim.

11) Nəhayət, ey qardaşlar, sevinin. Bərpa olunun, təsəlli tapin, həmfikir olun, sülh içində ömür sürün. Məhəbbət və sülh qaynaği olan Allah sizinlə olacaq.

12) Bir-birinizi müqəddəs öpüşlə salamlayin. Bütün müqəddəslər sizə salam göndərir.p\fk Bütün müqəddəslər sizə salam göndərir – bə’zi tərcümələrdə bu sözlər 13-cü ayə sayilir, burada sayilan 13-cü ayə isə 14-cü ayə sayilir.

13) Rəbb Isa Məsihin lütfü, Allahin məhəbbəti və Müqəddəs Ruhun şərikliyi haminiza yar olsun!


up