Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13
1) Faydali olmasa da, öyünməliyəm. Indi Rəbdən gələn görüntülərə və vəhylərə keçirəm.
2) Məsihdə olaraq on dörd il bundan əvvəl – bədəndəmi, yoxsa bədəndən xaricmi, mən bilmirəm, Allah bilir – götürülüb göyün üçüncü qatina aparilan bir insanin\fk Bir insani – yəqin ki Paul özü barədə danişir. taniyiram.
3) Bilirəm ki, bu adam – bədəndəmi, yoxsa bədəndən kənarmi, mən bilmirəm, Allah bilir –
4) cənnətə aparilib orada dillə ifadə olunmayan, insanin danişmağa ixtiyari olmadiği sözlər eşitdi.
5) Belə birisi ilə öyünəcəyəm, amma özümlə əlaqədar olaraq zəifliyimdən başqa bir şeylə öyünməyəcəyəm.
6) Öyünmək istəsəm belə, ağilsiz olmayacağam. Çünki həqiqəti deyəcəyəm. Amma heç kim məni görüb eşitdiyindən artiq bir şəxs saymasin deyə öyünməkdən çəkinirəm.
7) Aldiğim vəhylərin üstünlüyü ilə qürurlanmayim deyə cismim üçün bir tikan, yə’ni mənə əzab vermək üçün Şeytanin bir elçisi göndərildi ki, qürurlanmayim.
8) Bunun məndən uzaq olmasi üçün üç dəfə Rəbbə yalvardim.
9) Amma O mənə dedi: «Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur». Məsihin qüvvəsi məndə məskən salsin deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm.
10) Ona görə də Məsih uğrunda zəifliklərə, təhqirlərə, ehtiyaclara, tə’qiblərə və sixintilara məmnuniyyətlə dözürəm, çünki mən zəifləyəndə qüvvətlənirəm.
11) Mən ağilsizlaşdim, çünki siz məni vadar etdiniz. Amma siz mənim barəmdə zəmanət verməli idiniz. Çünki özüm bir şey olmasam da, həmin «böyük həvarilər»dən heç də geri qalmiram.
12) Həvariliyimin nişanələri aranizda əlamətlər, xariqələr və mö’cüzələr vasitəsilə, böyük dözümlülüklə göstərildi.
13) Mən sizə yük olmadim, bundan başqa sizin digər cəmiyyətlərdən nə əskiyiniz var? Bu haqsizliğimi bağişlayin!
14) Budur, üçüncü dəfə yaniniza gəlməyə haziram. Sizə yük olmayacağam, çünki sizdən heç nə istəmirəm, yalniz sizi istəyirəm. Axi övladlarin ata-ana üçün deyil, ata-ananin övladlari üçün ehtiyat görməsi doğru sayilir.
15) Mən də sizin həyatiniz uğrunda sevinə-sevinə malimdan və canimdan keçəcəyəm. Sizi daha da çox sevsəm, daha az seviləcəyəmmi?
16) Qoy belə olsun. Düşünürsünüz ki, mən sizə ağir yük olmadim, amma çoxbilmiş olduğuma görə sizi fənd işlədərək aldatdim.
17) Yaniniza göndərdiyim adamlardan hansi biri ilə sizdən mənfəət qazandim?
18) Titusu yaniniza gəlmək həvəsinə saldim və o biri qardaşi da onunla göndərdim. Titus mənə görə sizdən mənfəət qazanmadi, elə deyilmi? Eyni ruhda həyat sürmədikmi? Eyni izlə getmədikmi?
19) Bu vaxta qədəro\fk Bu vaxta qədər – bə’zi əlyazmalarda Yenə. qarşinizda özümüzü müdafiə etdiyimizi düşünürsünüzmü? Allahin qarşisinda, Məsihdə olaraq danişiriq. Sevimlilər, etdiyimiz hər şey sizin inkişafiniz üçündür.
20) Qorxuram ki, gəlişimdə sizi istədiyim vəziyyətdə tapmayim, siz də istədiyinizi məndə tapmayasiniz və aranizda münaqişə, qisqancliq, hiddət, özünü göstərmə, böhtan, qeybət, lovğaliq, qarişiqliq tapam.
21) Bu da məni qorxudur ki, yaniniza gələndə Allahim məni sizin qarşinizda aşaği tutacaq: əvvəllər günah işlədərək batdiqlari murdarliq, əxlaqsizliq və pozğunluqdan tövbə etməyən bir çox adamlar üçün yas tutacağam.