Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

2 Korinflilərə - Fəsil 1

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13

 

Paulun Korinflilərə 2-ci Məktubu

1) *Allahin iradəsi ilə Məsih Isanin həvarisi mən Paul və Timotey qardaşdan Allahin Korinfdə olan cəmiyyətinə və bütün Axayyadaki müqəddəslərə salam!

2) Sizə Atamiz Allahdan və Rəbb Isa Məsihdən lütf və sülh olsun!

Təsəlli mənbəyi olan Allah

3) Rəbbimiz Isa Məsihin Allahi və Atasina alqiş olsun! O, rəhmli Ata və hər cür təsəlli verən Allahdir.

4) Çəkdiyimiz hər bir əziyyətdə O bizə təsəlli verir ki, biz də Allahdan aldiğimiz təsəlli ilə hər cür əziyyət çəkənlərə təsəlli verə bilək.

5) Çünki Məsihin əzablarini necə böyük həcmdə çəkiriksə, Məsih vasitəsilə o cür böyük təsəlli də tapiriq.

6) Əziyyət çəkiriksə, bu sizə təsəlli və xilas gətirir. Təsəlli tapiriqsa, bu da bizim kimi çəkdiyiniz əzablara dözəsiniz deyə sizə güc verən bir təsəlli almaniz üçündür.

7) Sizinlə bağli ümidimiz sarsilmaz. Çünki əzablarimiza olduğu kimi təsəllimizə də şərik olduğunuzu bilirik.

8) *Ey qardaşlar, Asiya vilayətində çəkdiyimiz əziyyətlərdən bixəbər olmağinizi istəmirəm. Gücümüzdən daha artiq bir yük altinda qaldiq. Belə ki yaşamaqdan belə, ümidimizi kəsmişdik.

9) Daxilən hiss etdik ki, ölümə məhkum olmuşuq. Amma bu özümüzə deyil, ölüləri dirildən Allaha güvənməyimiz üçün başimiza gəldi.

10) Allah bizi belə bir böyük ölüm təhlükəsindən qurtardi və qurtarmağa davam edəcək. Ümidimizi Ona bağlamişiq ki,

11) siz də dualarinizla bizə kömək etdikcə bizi yenə qurtaracaq. Belə ki bir çox insanin etdiyi dua nəticəsində bizə verdiyi ən’amdan ötrü qoy çoxlari bizim üçün Allaha şükür etsin.

Paulun gecikən səyahəti

12) Vicdanimiz da şahiddir ki, dünyaya, xüsusən sizə görə bəşəri müdrikliklə deyil, Allahin lütfü ilə, Allahdan gələn səxavəte\fk Səxavət – bə’zi əlyazmalarda müqəddəslik. və səmimiyyətlə həyat sürmüşük. Biz buna görə fəxr edirik.

13-14) Biz elə bir şey yazmiriq ki, siz oxuyub başa düşə bilməyəsiniz. Hələlik bizi bir az başa düşmüsünüz. Rəbbimiz Isa Məsihin günündə bizim fəxrimiz siz olduğunuz kimi sizin də fəxriniz biz olacağiq. Ümidvaram ki, bunu tamam başa düşəcəksiniz.

15) *Buna əmin olub əvvəlcə yaniniza gəlmək niyyətində idim ki, ikiqat xeyirf\fk Xeyir – bə’zi əlyazmalarda sevinc. tapasiniz.

16) Həm Makedoniyaya gedəndə, həm də Makedoniyadan qayidanda yaniniza gəlmək niyyətində oldum. Bundan sonra siz məni Yəhudeyaya yola salmali idiniz.

17) Bu niyyətdə olanda görəsən qərarsiz idimmi? Ya da niyyətlərim cismani təbiətimdən doğur ki, gah «bəli, bəli», gah da «xeyr, xeyr» deyim?

18) Allahin sədaqətinə and olsun ki, sizə çatdirdiğimiz xəbər gah «bəli», gah da «xeyr» deyil.

19) *Sila və Timoteylə birlikdə sizə təbliğ etdiyimiz Allahin Oğlu Isa Məsih həm «bəli», həm də «xeyr» deyil. Onda yalniz «bəli» var.

20) Çünki Allahin bütün və’dləri Isa Məsihdə «bəli»dir. Buna görə Allahin izzəti üçün Məsih vasitəsilə «Amin» deyirik.

21) Bizi sizlərlə birlikdə Məsihə möhkəm bağlayan və bizi məsh edən Allahdir.

22) O bizi möhürlədi və Ruhunu qəlbimizdə girov qoydu.

23) Allah şahidimdir, canima and olsun ki, indiyədək sizə qiymamaq üçün Korinfə gəlmədim.

24) Imaniniza ağaliq etmək istəmirik, sevinməniz üçün sizinlə birgə çalişiriq. Çünki imanda dönməz dayanmisiniz.


up