Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Yəhya - Fəsil 1

Fəsillər: Giriş 1 2 3 4 5

 

Həyat Kəlami

1) *Biz Həyat Kəlamini e’lan edirik; bu həmin Kəlamdir ki, başlanğicdan var idi və biz Onu eşitdik, gözlərimizlə gördük, seyr etdik və əllərimizlə hiss etdik.

2) *Həyat zahir oldu, biz də onu görüb şahidlik edirik və Ata ilə birlikdə olub bizə zahir olan əbədi həyati sizə e’lan edirik.

3) Biz sizə gördüyümüzü və eşitdiyimizi e’lan edirik ki, sizin də bizimlə şərikliyiniz olsun; bizim şərikliyimiz də Ata və Onun Oğlu Isa Məsihlədir.

4) Bunlari biz yaziriq ki, sevincimizn\fk Sevincimiz – bə’zi əlyazmalarda sevinciniz. kamil olsun.

Nurda yaşayin

5) Məsihdən eşitdiyimiz və sizə e’lan etdiyimiz xəbər budur ki, Allah nurdur və Onda zərrə qədər də qaranliq yoxdur.

6) Əgər biz «Allahla şərikliyimiz var» dediyimiz halda qaranliqda gəziriksə, demək, yalan danişiriq və həqiqətə əməl etmirik.

7) Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu Isanin qani bizi hər günahdan təmizləyir.

8) Əgər günahsiz olduğumuzu iddia ediriksə, özümüzü aldadiriq və daxilimizdə həqiqət yoxdur.

9) Amma günahlarimizi e’tiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarimizi bağişlayacaq və bizi hər haqsizliqdan təmizləyəcək.

10) Əgər günahkar olmadiğimizi iddia ediriksə, onda Onu yalançi yerinə qoyuruq və daxilimizdə Onun sözü olmur.


up