1) Köləlik boyunduruğu altinda olanlarin hamisi öz ağalarini tam hörmətə layiq saysinlar ki, Allahin adi və tə’limi pislənməsin.
2) Ağalari iman etmiş olanlarsa, qardaş olduğu üçün ağalarina hörmətsizlik etməsinlər. Əksinə, onlara daha yaxşi qulluq etsinlər. Çünki bu yardimdan faydalananlar sevdikləri imanlilardir. Bu şeyləri öyrət və nəsihət ver.
3) Kim yad tə’limlər yayib, Rəbbimiz Isa Məsihin sağlam sözləri ilə və Allah yoluna uyğun tə’limlə razi deyilsə,
4) o adam qürurlanib, heç bir şey dərk etmir, lakin münaqişə və sözlərin mə’nasi barədə dava-dalaşlarin xəstəliyinə tutulub. Bunlarin nəticəsi paxilliq, didişmə, böhtançiliq və bədgümanliqdir.
5) Pozğun düşüncəli, həqiqətdən məhrum, Allah yolunu qazanc mənbəyi kimi zənn edən adamlarin mübahisələridir.o\fk Mübahisələridir – bə’zi əlyazmalarda mübahisələridir. Belə adamlardan uzaq ol.
6) Əlindəki ilə kifayətlənərək Allah yolu ilə yerimək isə böyük qazanc mənbəyidir.
7) Çünki dünyaya heç bir şey gətirməmişik və oradanp\fk Oradan – bə’zi əlyazmalarda aydindir ki, oradan. heç bir şey də götürə bilmərik.
8) Yeməyimiz və paltarimiz varsa, bunlarla kifayətlənirik.
9) Zəngin olmaq istəyənlər isə sinağa və tora düşərlər. Insani fəlakətə və məhvə aparan bir çox axmaq və ziyanverici ehtiraslara qapilirlar.
10) Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə zəngin olmaq həvəsi ilə imandan uzaqlaşib öz-özlərinə sanki biçaq soxmuş kimi çox əzab verdilər.
11) Amma sən, ey Allah adami, bu şeylərdən qaç. Salehliyin, Allah yolunda yeriməyin, imanin, məhəbbətin, dözümün, həlimliyin ardinca get.
12) Iman uğrunda yaxşi mübarizə apar. Çağirildiğin əbədi həyati bərk tut. Bunun üçün imanini bir çox şahid qarşisinda doğru təsdiq etdin.
13) *Hər şeyə həyat verən Allahin və öz doğru təsdiqinə Ponti Pilatin önündə şəhadət verən Məsih Isanin hüzurunda sənə tapşiriram ki,
14) Rəbbimiz Isa Məsihin zühurunadək Allahin əmrinə qüsursuz və nöqsansiz əməl et.
15) Allah Onu Öz vaxtinda zahir edəcək. Bəxtiyarliq mənbəyi olan tək Hökmdar, şahlarin Şahi və ağalarin Ağasidir.
16) Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi hakimiyyət olsun. Amin.
17) Indiki zamanda varlilara buyur ki, qürurlanmasinlar və gəldi-gedər var-dövlətə yox, zövq almağimiz üçün bizə hər şeyi bol-bol verən Allahaq\fk Allaha – bə’zi əlyazmalarda Var Olan Allaha. ümid bəsləsinlər.
18) Xeyirxahliq göstərsinlər, yaxşi işlərlə zəngin, əliaçiq olub öz malini başqalari ilə bölüşsünlər
19) Beləliklə, gələcək üçün özlərinə sağlam təməl olacaq bir xəzinə toplasinlar. Yə’ni həqiqi həyatir\fk Həqiqi həyati – bə’zi əlyazmalarda əbədi həyati. bərk tutsunlar.
20) Ey Timotey, sənə verilən əmanəti qoru! Allahsiz boşboğazliqdan və yalan yerə «bilik» adlananin zidd fikirlərindən uzaq dur.
21) Bə’ziləri bu biliyə sahib olduqlarini iddia edərək imandan döndülər. Lütf sizinləs\fk Sizinlə – bə’zi əlyazmalarda səninlə. olsun.