Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Timoteyə - Fəsil 5

Fəsillər: Giriş 1 2 3 4 5 6

 

Imanlilar cəmiyyətində məs’uliyyətlər

1) Ağsaqqali danlama, ona atan kimi, cavanlara isə qardaşin kimi,

2) ağbirçəklərə anan kimi, gənc qadinlara tamamilə təmiz ürəklə bir bacin kimi nəsihət ver.

3) Həqiqətən kimsəsiz qalan dul qadinlara hörmət et.

4) Lakin əgər bir dul qadinin uşaqlari ya da nəvələri varsa, bunlar əvvəlcə öz ailələrinə yardim edərək Allah yolu ilə getməyi, yaşli ailə üzvlərinə də haqqini verməyi öyrənsinlər. Çünki bu, Allahi razi salir.

5) Həqiqətən kimsəsiz qalmiş dul qadin öz ümidini Allaha bağlamişdir, gecə-gündüz Ona yalvarmağa və dua etməyə davam edir.

6) Keyf ilə yaşayan dul qadin isə yaşadiği halda ölüdür.

7) Nöqsansiz olmaqlari üçün bu əmrləri tapşir.

8) Öz yaxinlarinin, xüsusən ailə üzvlərinin qayğisina qalmayan insan imani inkar etmiş və imansizdan betərdir.

9) Qoy bir dul qadinin adi dullar siyahisina bu şərtlə yazilsin: ən azi altmiş yaşina çatmiş, ərinə sadiq olmuş,

10) etdiyi yaxşi işlərlə taninmiş olsun, məsələn, uşaqlar böyütmüş, qonaqpərvərlik göstərmiş, müqəddəslərin ayaqlarini yumaqlam\fk Qanun. 25:4; Luka 12:7). belə xidmət etmiş, əziyyət çəkənlərə yardim etmiş, hər cür xeyirli işlə məşğul bir şəxs olmalidir.

11) Altmiş yaşa dolmamiş dul qadinlari isə siyahiya yazma. Çünki cismani istəkləri Məsihə bağliliqlarina qalib gələn kimi ərə getmək istəyərlər.

12) Beləcə verdikləri ilk sözdən çixdiqlari üçün mühakiməyə mə’ruz qalirlar.

13) Eyni zamanda evdən evə gəzərək tənbəlliyə öyrənirlər. Yalniz tənbəllik deyil, lazim olmayan sözlər danişaraq qeybət edirlər, başqalarinin işlərinə burunlarini soxarlar.

14) Beləliklə, yaşa dolmamiş dul qadinlarin ərə getməsinə, uşaq doğmasini, evini idarə etməsini, düşmənə heç bir təhqir etmək fürsətini verməməsini istəyirəm.

15) Artiq bə’ziləri azib, Şeytanin ardinca getmişdir.

16) Imanli bir qadininn\fk Qadinin – bə’zi əlyazmalarda kişinin yaxud da qadinin. dul qadin yaxinlari varsa, qoy onlara yardim etsin. Imanlilar cəmiyyəti belə yükün altina girməsin ki, həqiqətən kimsəsiz qalan dullara yardim edə bilsin.

17) Cəmiyyəti yaxşi idarə edən ağsaqqallar, xüsusən təbliğ və tə’lim işində zəhmət çəkənlər maddi və mə'nəvi cəhətdən tə'min olunmağa layiq görülsün.

18) *Çünki Müqəddəs Yazida belə deyilir: «Xirman döyən öküzün ağzini bağlama» və «Işçi öz haqqina layiqdir».

19) *Iki və yaxud üç şahid olmadiqda bir ağsaqqala qarşi olan ittihama əhəmiyyət vermə.

20) Günah işlədən ağsaqqallari haminin qarşisinda məzəmmət et ki, digərləri də günah işlətməkdən qorxsun.

21) Allahin, Məsih Isanin və seçilmiş mələklərin hüzurunda sənin öhdənə qoyuram ki, ayri-seçkiliksiz, tərəfkeşlik etmədən bu tə’limatlara əməl edəsən.

22) Heç kimin üzərinə tələsərək əllərini qoyma, başqalarinin günahlarina ortaq olma, özünü təmiz saxla.

23) Yalniz su içməkdən vaz keç; mə’dənə və tez-tez baş verən xəstəliklərinə görə bir az şərab da iç.

24) Bə’zi insanlarin günahlari mühakiməyə düşəndən əvvəl belə bəllidir, digərlərininki isə sonradan ortaya çixar.

25) Bunun kimi yaxşi işlər qabaqcadan bəllidir, bəlli olmayanlar da gizli qala bilməyəcək.


up