1) Ruh aydin şəkildə deyir ki, gələcəkdə bə’ziləri imandan dönəcək, yoldan çixaran ruhlara və cinlərin tə’limlərinə qulaq asacaqlar.
2) Bu tə’limlər yalançilarin ikiüzlülüyü ilə yayilir. Onlarin vicdanlari sanki yaniq yarasi kimi həssasliğini itirmişdi.
3) Bu yalançilar evlənməyi qadağan edir və bə’zi yeməklərdən çəkindirirlər. Amma Allah bu yeməkləri yaradib ki, qoy iman edib həqiqəti dərk edənlər bunlardan şükür edə-edə qidalansinlar.
4) Çünki Allahin yaratdiği hər şey yaxşidir, şükürlə qəbul edilən heç bir şey rədd edilməməlidir.
5) Çünki hər şey Allahin sözü və dua ilə təqdis olur.
6) Bunlari qardaşlara öyrətsən, imanin və əməl etdiyin yaxşi tə’limatin sözləri ilə qidalanaraq Isa Məsihin yaxşi bir xidmətçisi olarsan.
7) Allahsiz, axmaq qoca qari əfsanələrindən uzaq dur. Allahin yolu üçün məşq et.
8) Çünki cismani məşqin az faydasi olur, Allah yolunda yerimək hər şey üçün faydalidir; indi və gələcək üçün həyat və’di var.
9) Bu söz e'tibarlidir və tamamilə qəbul olunmağa layiq sözdür.
10) Ona görə də biz zəhmət çəkir və mübarizə apaririq.k\fk Mübarizə apaririq – bə’zi əlyazmalarda təhqirə dözürük. Çünki ümidimizi bütün insanlarin, xüsusən iman edənlərin Xilaskari, var Olan Allaha bağlamişiq.
11) Bunlari buyur və öyrət.
12) Gənc olduğun üçün heç kim sənə xor baxmasin. Amma sözlərində, rəftarda, məhəbbətdə, imanda,l\fk Imanda – bə’zi əlyazmalarda ruhda, imanda. pakliqda imanlilara nümunə ol.
13) Mən gəlincə Müqəddəs Kəlami hamiya oxumaqla, nəsihət verməklə, tə’lim verməklə məşğul ol.
14) Ağsaqqallar əllərini sənin üzərinə qoyanda sənə peyğəmbərlik sözü ilə verilən səndə olan ruhani ən’ama e’tinasizliq etmə.
15) Bunlarin hamisina sə’y göstərərək özünü həsr et ki, sənin irəliləyişin hamiya aşkar olsun.
16) Özünə və verdiyin tə’limə diqqətli ol. Bu işlərlə məşğul olmağa davam et. Çünki bunu etməklə həm özünü, həm də səni dinləyənləri xilas edəcəksən.