Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Timoteyə - Fəsil 3

Fəsillər: Giriş 1 2 3 4 5 6

 

Imanlilar cəmiyyətinin başçilari

1) Bu söz e'tibarlidir; kim cəmiyyətdə nəzarətçi olmağa can atirsa, xeyirli iş arzu edir.

2) *Nəzarətçi nöqsansiz, tək arvadina sadiq, ayiq, ağilli-kamalli, ədəbli, qonaqpərvər olmali, öyrətməyi bacarmalidir.

3) Içki düşkünü olmamali; zoraki deyil, mülayimi\fk Mülayim – bə’zi əlyazmalarda haqsiz qazanca həris deyil, mülayim. olmali; davakar və pulpərəst olmamalidir.

4) Öz ailəsini yaxşi idarə etməli, tam bir ləyaqətlə uşaqlarini öz tabeliyində saxlamalidir.

5) Öz şəxsi evini idarə edə bilməyən Allahin cəmiyyətinin qayğisina necə qala bilər?

6) Nəzarətçi yeni iman etmiş adam olmamalidir. Yoxsa qürurlanib iblisin uğradiği eyni məhkumiyyətə uğraya bilər.

7) Kənar insanlar tərəfindən də yaxşi bir insan kimi taninmalidir. Belə ki iblisin qurduğu tora düşüb utandirilmasin.

8) Cəmiyyət xidmətçiləri də ləyaqətli olmalidir. Riyakar, şərab düşkünü yaxud haqsiz qazanca həris olmamalidir.

9) Iman sirrini təmiz vicdanla saxlamalidirlar.

10) Amma onlar da əvvəlcədən sinaqdan keçsin, əgər nöqsanlari olmazsa, o zaman xidmət etsinlər.

11) Qadinlar da böhtançi deyil, ləyaqətli, ayiq və hər şeydə sadiq olmalidirlar.

12) Xidmətçilər tək arvadina sadiq olsun, öz uşaqlarini və evlərini yaxşi idarə etsinlər.

13) Çünki yaxşi xidmət edənlər özləri üçün yaxşi bir mövqe və Məsih Isaya olan imanlarinda böyük cəsarət qazanirlar.

Böyük sirr

14) Tezliklə yanina gəlmək ümidi ilə bu şeyləri sənə yaziram ki,

15) əgər geciksəm belə, sən Allahin ailəsində necə davranmaq lazim olduğunu biləsən. Bu ailə var olan Allahin cəmiyyəti, həqiqətin dirəyi və bünövrəsidir.

16) Şübhəsiz ki, Allah yolunun sirri böyükdür: O,j\fk O – bə’zi əlyazmalarda Allah. bədəndə zühur etdi, Ruh tərəfindən təsdiq olundu, Mələklərə göründü, Millətlərə təbliğ olundu, Dünyada Ona iman edildi, Izzətlə göyə çəkildi.


up