1) Hər şeydən əvvəl xahiş edirəm: Allah yoluna tam bağliliq və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün,
2) bütün insanlar, o cümlədən padşahlar və hakimiyyət sahibi olanlarin hamisi üçün yalvariş, dua, şəfaət və şükürlər edilsin.
3) Çünki bu yaxşidir və Xilaskarimiz Allahi razi salir.
4) O bütün insanlarin xilas olub, həqiqəti dərk etməsini istəyir.
5) Çünki bir Allah və Allahla insanlar arasinda bir Vasitəçi vardir. O, insan olan Məsih Isadir.
6) O hamini satin almaq üçün Özünü fəda etdi və münasib vaxtin çatdiğini şəhadət etdi.
7) *Mən də həmin şəhadətin təbliğatçisi və həvarisi tə’yin edildim – yalani deyil, həqiqətif\fk Həqiqəti – bə’zi əlyazmalarda Məsihdə olan həqiqəti. söyləyirəm. Başqa millətlərə iman və həqiqət öyrədən müəllim oldum.
8) Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə pak əllər qaldirib dua etsinlər,
9) *qadinlar da dəbdəbəli saç düzümü ilə, qizillarla, mirvarilərlə və yaxud bahali paltarlarla deyil, ədəbli görkəmlə, abir-həya və ağil-kamalla bəzənsinlər.
10) Allaha hörmət etdiklərini bəyan edən qadinlara yaraşan tərzdə xeyirli işlərlə bəzənmələrini istərəm.
11) Qadin sakitlik və tam bir tabelik içində öyrənsin;
12) qadinin öyrədib ərinəg\fk Ərinə – yaxud kişiyə. ağaliq etməsinə izin vermirəm, qadin sakit olsun.
13) *Çünki ilk yaradilan Adəm oldu, sonra Həvva.
14) Aldadilan da Adəm deyildi, qadin aldadilib əmri pozdu;
15) amma qadin uşaq doğmaqla xilas olacaqh\fk Uşaq doğmaqla xilas olacaq – yaxud uşağin doğulmasi ilə. bir şərtlə ki, ağil-kamalla imanda, məhəbbətdə və müqəddəslikdə yaşamağa davam etsin.