Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Timoteyə - Fəsil 1

Fəsillər: Giriş 1 2 3 4 5 6

 

1) *Xilaskarimiz Allahin və ümidimiz olan Isa Məsihin əmrinə görə Məsih Isanin həvarisi mən Pauldan

2) imanda öz oğlum kimi olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih Isadan sənə lütf, mərhəmət və sülh olsun.

Yanliş tə’limlərdən çəkinin

3) Makedoniyaya gedərkən mən səndən xahiş etdiyim kimi Efesdə qal və bə’zi insanlara əmr et ki, yad tə’lim yaymasinlar,

4) əfsanə və bitməz-tükənməz nəsil şəcərələri ilə məşğul olmasinlar. Çünki bu şeylər Allahin imanla yerinə yetən niyyəti üçün faydali deyil, əksinə boş mübahisələrə səbəb ola bilər.

5) Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riyasiz imandan gələn məhəbbətdir.

6) Bə’zi adamlar isə bunlardan azaraq boşboğazliğa qapildilar.

7) Müqəddəs Qanun müəllimi olmaq istəyirlər, amma nə söylədikləri sözləri, nə də iddia etdikləri mövzulari anlayirlar.

8) Biz bilirik ki, kimsə qanuni şəkildə ondan istifadə edərsə, Müqəddəs Qanun yaxşidir.

9) Çünki bilirik ki, Qanun saleh üçün deyil, qanunsuzlar və itaətsizlər, allahsizlarla günahkarlar, müqəddəs olmayanlar və Allahla əlaqəsizlər, ata və analarini öldürənlər, qatillər,

10) əxlaqsizlar, kişibazlar, adam oğrulari, yalançilar, andi pozanlar və sağlam tə’limə zidd olan bütün başqalari üçün qoyulmuşdur.

11) Bəxtiyarliq mənbəyi olan Allahin mənə əmanət etdiyi izzətli Müjdəsinə görə bu belədir.

Allah mərhəmətlidir

12) Mənə qüvvət verən Rəbbimiz Məsih Isaya şükür edirəm ki, məni sadiq sayib, xidmətinə tə’yin etdi.

13) *Əvvəllər Ona küfr edən, tə’qibçi və zalim olduğum halda mənə mərhəmət edildi. Çünki nə etdimsə, cahillik və imansizliq üzündən etdim.

14) Amma Rəbbimizin lütfü Məsih Isaya olan iman və məhəbbətlə birlikdə mənə bol-bol ehsan edildi.

15) Məsih Isa günahkarlari xilas etmək üçün dünyaya gəldi, bu söz e'tibarli və tamamilə qəbul olunmağa layiq sözdür. O günahkarlardan ən betəri mənəm.

16) Lakin ən betəri olduğum halda, mənə buna görə mərhəmət edildi ki, Məsih Isa mənim vasitəmlə hədsiz səbrini göstərsin. Ona gələcəkdə iman edib əbədi həyata malik olanlara mən nümunə olum.

17) Əsrlərin Hökmdari, ölməz, görünməz və bir olan Allahae\fk Allaha – bə’zi əlyazmalarda müdrik Allaha. əbədi olaraq hörmət və izzət olsun! Amin.

18) Oğlum Timotey, əvvəlcədən sənin haqqinda söylənən peyğəmbərlik sözlərinə əsasən bu əmri sənə həvalə edirəm ki, bu sözlərə güvənərək yaxşi mübarizə aparasan,

19) imana və təmiz vicdana sarilasan. Bə’ziləri təmiz vicdani rədd edərək imanlarini qəzaya uğrayan gəmi kimi batirdilar.

20) Himeney və Isgəndər də onlardandir. Küfr etməməyi öyrənsinlər deyə onlari Şeytana təslim etdim.


up