Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Salonikililərə - Fəsil 1

Fəsillər: Giriş 1 2 3 4 5

 

1) *Paul, Sila və Timoteydən Ata Allaha və Rəbb Isa Məsihə aid olan Salonikililərin cəmiyyətinə salam! Sizəq\fk Sizə – bə’zi əlyazmalarda AM Atamiz Allah və Rəbb Isa Məsihdən sizə. lütf və sülh olsun!

Nümunəvi iman

2) Dualarimizda sizi yada salib həmişə hər birinizə görə Allaha şükür edirik.

3) Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz Isa Məsihə bağladiğiniz ümidin verdiyi dözümünüzü Atamiz Allahin qarşisinda daim yada saliriq.

4) Ey Allahin sevimlisi olan qardaşlar, Onun seçimi olduğunuzu bilirik.

5) Ona görə ki yaydiğimiz Müjdə yalniz sözlə deyil, qüvvə ilə, Müqəddəs Ruhla və çox inandiriciliqla sizə çatib. Aranizda ikən sizə münasibətdə necə olduğumuzu bildiniz.

6) *Siz də böyük sixintilara baxmayaraq, Müqəddəs Ruhun verdiyi sevinclə kəlami qəbul edib bizdən və Rəbdən nümunə götürdünüz.

7) Beləliklə, siz Makedoniya və Axayyadaki bütün imanlilar üçün nümunə oldunuz.

8) Çünki Rəbbin kəlaminin sədasi sizdən yayildi. Allaha imaninizin soraği yalniz Makedoniya və Axayyaya deyil, hər yerə çatib. Daha bizə söz deməyə ehtiyac qalmadi.

9) Çünki bizi nə qədər yaxşi qarşiladiğiniz və bütlərdən Allaha tərəf necə döndüyünüz barədə özləri xəbər yaydilar. Bax siz var olan həqiqi Allaha qulluq edirsiniz;

10) Onun ölülər arasindan diriltdiyi Oğlunun, yə’ni bizi gələcək qəzəbdən qurtaran Isanin göylərdən zühurunu gözləyirsiniz.


up