1) *Ey aranizda olan ağsaqqallar! Mən də sizin kimi ağsaqqal və Məsihin əzablarin şahidiyəm, zühur edəcək izzətə də şərikəm. Sizə yalvariram,
2) Allahin sizə həvalə etdiyi sürüsünü otarin. Onu zorla yox, könüllü və Allahi razi salanb\fk Və Allahi razi salan – bə’zi əlyazmalarda bu sözlər yoxdur. tərzdə, haqsiz qazanca həris olmadan, həvəslə nəzarət edin.
3) Sizin ixtiyarinizda olanlarin üzərində hökmranliq etməyin, amma sürüyə nümunə olun.
4) Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət çələngi alacaqsiniz.
5) *Ey gənclər, siz ağsaqqallara tabe olun. Haminiz bir-birinizə təvazökarliqc\fk Təvazökarliq – bə’zi əlyazmalarda tabe olaraq təvazökarliq. göstərin. Çünki «Allah məğrurlara qarşidir, Məzlumlara isə lütf göstərər».
6) *Onda Allah Öz münasib vaxtinda sizi ucaltsin deyə, Onun qüdrətli əli altinda özünüzü aşaği tutun.
7) *Bütün qayği yükünüzü Ona ötürün, çünki O sizin qayğiniza qalir.
8) Ayiq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşirmaq istəyən aslan kimi dolaşir.
9) Möhkəm imanla ona qarşi durun. Bilin ki, bütün dünyada qardaşlariniz da eyni cür əzab çəkirlər.
10) Siz qisa bir müddət əzab çəkdikdən sonra sizi Isa Məsihdə Özünün əbədi izzətinə çağirmiş, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsilmaz təmələ oturdacaq.
11) Qüdrətd\fk Qüdrət – bə’zi əlyazmalarda Izzət və qüdrət. əbədi olaraq Onun olsun! Amin.
12) *Bu qisa məktubu e’tibarli saydiğim qardaşimiz Sila vasitəsilə sizə yaziram. Sizi həvəsləndirərək şəhadət etdim ki, Allahin həqiqi lütfü budur. Ona bağli qalin.
13) *Sizin kimi seçilmiş Babildəki cəmiyyət və oğlum Mark da sizi salamlayir.
14) Bir-birinizi məhəbbətlə öpərək salamlayin. Məsihdə olan haminiza sülh{əmin-amanliq} yar olsun!