1) Beləliklə Məsih cismənz\fk Cismən – bə’zi əlyazmalarda bizim üçün cismən. əzab çəkdiyinə görə siz də eyni düşüncələrlə silahlanin. Çünki cismən əzab çəkən günahla qurtarmişdir.
2) Nəticədə cismdə qalan vaxtini isə artiq bəşəri ehtiraslara görə deyil, Allahin iradəsinə görə yaşayir.
3) Siz keçmiş vaxtlarda imanli olmayanlarin istəklərini yerinə yetirib həyatinizi əxlaqsizliqla, ehtirasla, əyyaşliqla, eyş-işrətlə, içib azğinliq etməklə, iyrənc bütpərəstliklə keçirdiyiniz yetər!
4) Imanli olmayanlar onlarla birlikdə eyni cür pozğunluğa uymadiğiniza görə təəccüb edir, sizə böhtan atirlar.
5) Onlar diriləri və ölüləri mühakimə etməyə hazir olan Allaha cavab verəcəklər.
6) Çünki bu səbəbə görə Müjdə ölülərə də yayildi ki, cismən onlar bütün insanlar kimi mühakimə olunduğu halda, ruhən Allah kimi yaşasinlar.
7) Hər şeyin sonu yaxindir. Beləliklə ağilli-kamalli olun və dua etmək üçün ayiq durun.
8) *Hər şeydən üstün bir-birinizi cani-dildən sevin, çünki «məhəbbət çox günahi örtər».
9) Şikayət etmədən bir-birinizə qonaqpərvərlik göstərin.
10) Hər biriniz Allahin çoxcəhətli lütfünün yaxşi idarəçiləri kimi aldiği ən’ama görə bir-birinizə xidmət edin.
11) Kim danişirsa, Allahin sözlərini danişan kimi danişsin. Kim xidmət edirsə, Allahin verdiyi qüvvətlə xidmət etsin. Beləcə Allah hər şeydə Isa Məsih vasitəsilə izzətlənəcək. Izzət və qüdrət əbədi olaraq Isa Məsihindir. Amin!
12) Sevimlilər, sizi sinamaq üçün aranizda baş verən odlu imtahana sanki başiniza gələn qəribə bir iş kimi təəccüb etməyin.
13) Əksinə, Məsihin əzablarina nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz.
14) Məsihin adina görə təhqir olunsaniz siz nə bəxtiyarsiniz! Çünki Allahin izzətli Ruhu üzərinizdə qalir.a\fk Qalir – bə’zi əlyazmalarda qalir. Digərlərin arasinda söyülür, sizin aranizda izzətlənir.
15) Amma heç biriniz qatil, oğru ya başqa cür cinayətkar kimi, yaxud burnunu soxan kimi əzab çəkməsin.
16) Lakin əgər bir insan məsihçi kimi əzab çəkirsə, qoy bundan utanmasin, bu adi daşiyaraq Allahi izzətləndirsin.
17) Çünki mühakimənin Allahin ev xalqindan başlandiği vaxt gəlir. Əgər mühakimə əvvəl bizdən başlanarsa, Allahin Müjdəsinə itaət etməyənlərin sonu necə olacaq?
18) *Əgər saleh belə, çətinliklə xilas olursa, bəs allahsiz və günahkar necə olacaq?
19) Bunun üçün, qoy Allahin iradəsinə görə əzab çəkənlər yaxşiliq edərək həyatlarini sadiq olan Yaradana həvalə etsinlər.