1-2) *Ey arvadlar, siz də eyni tərzdə öz ərlərinizə tabe olun. Əgər onlardan bə’ziləri Allahin kəlamina itaət etməzlərsə, siz arvadlarin ismətli, ehtiramli həyat tərzinizi müşahidə etsinlər və dinməzcə onlari qazana biləsiniz.
3) *Qoy sizin bəzəyiniz saçlarinizi hörüb qizil bər-bəzək taxmaq və gözəl geyimlər geyməklə zahiri şeylər deyil,
4) gizli olan daxili varliğiniz, həlim və sakit ruhun solmayan gözəlliyindən ibarət olsun. Bu, Allahin qarşisinda çox dəyərlidir.
5) Çünki qədim zamanlarda Allaha ümid bağlayan müqəddəs qadinlar öz ərlərinə tabe olaraq belə bəzənərdilər.
6) *Məsələn, Sara Ibrahimi «ağam» deyə çağiraraq ona itaət edirdi. Siz də yaxşiliq edib heç bir qorxuya qapilmasaniz Saranin övladlari olursunuz.
7) *Ey ərlər, siz də bunun kimi arvadlarinizla ədəblə, onlarin sizdən daha zəif olduğuna uyğun davranin. Onlarin sizinlə birlikdə Allahin lütf etdiyi həyatini irs olaraq aldiqlarina görə onlara hörmət göstərin ki, dualariniza maneçilik törədilməsin. Salehlik uğrunda əziyyət çəkmək
8) Nəhayət, haminiz həmfikir olun. Başqalarinin hər bir duyğusuna şərik olun, bir-birinizi qardaşliq məhəbbəti ilə sevin, rəhmli və təvazökar olun.
9) Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün çağirilmisiniz ki, xeyir-dualari irs olaraq alasiniz.
10) *Çünki: «Kim həyatdan kam almaq, Xoş gün görmək istəyirsə, Qoy dilini şərdən, Ağzini hiylə danişmaqdan qorusun,
11) Qoy şərdən çəkinib yaxşiliq etsin, Qoy sülhü axtarib ardinca getsin!
12) Çünki Rəbbin gözü salehlərin üzərindədir, Qulaqlari onlarin fəryadlarina açiqdir. Amma Rəbbin üzü şər işlər görənlərə qarşidir».
13) Əgər yaxşiliq etməyə sə’y göstərsəniz, sizə kim pislik edər?
14) *Amma əgər salehlik uğrunda əzab çəksəniz belə, siz bəxtiyarsiniz. Insanlarin hədə-qorxu gəlməsindən qorxmayin və ürkməyin.
15) Fəqət Məsihiw\fk Məsihi – bə’zi əlyazmalarda Allahi. Rəbb kimi ürəyinizdə müqəddəs tutun. Daxilinizdə olan ümid barəsində sizdən hesabat istəyən hər kəsə cavab vermək üçün hazir olun.
16) Amma vicdaninizi təmiz tutaraq bunu həlimliklə və ehtiramla edin ki, Məsihdə sürdüyünüz yaxşi həyat tərzinə görə təhqir edənlər sizə atdiqlarix\fk Sizə atdiqlari – bə’zi əlyazmalarda sizi pislik edən adamlar kimi təqsirləndirib atdiqlari (1 Pet.2:12). böhtandan utansinlar.
17) Əgər Allahin iradəsi budursa, yaxşiliq etdiyi üçün əzab çəkmək pislik etdiyi üçün əzab çəkməkdən yaxşidir.
18) Çünki saleh olan Məsih də salehlik etməyənlər uğrunda, onlarin günahlari üçün bir dəfə əzab çəkdiy\fk Əzab çəkdi – bə’zi əlyazmalarda bizim uğrumuzda öldü, bə’zilərində isə sizin uğrunuzda öldü. ki, sizi Allahin hüzuruna gətirsin. O cismən öldürülmüş, amma ruhən həyata qovuşmuşdur.
19) O ruhən gedib zindandaki ruhlara da təbliğ etdi.
20) *Bunlar bir vaxtlar, Allah Nuhun gəmi tikdiyi dövrdə səbirlə gözlədiyi vaxt itaətsiz idilər. O gəmidə isə az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çixdi.
21) Bu nümunəyə uyğun olaraq vəftiz indi sizə Isa Məsihin dirilməsi ilə xilas gətirir. Vəftiz cismani çirki yumaqdan ötrü deyil, təmiz vicdanla Allah qarşisinda söz vermək üçündür.
22) Isa Məsih göyə çixib və Allahin sağindadir. Mələklər, hakimlər və qüvvələr də Ona tabedirlər.