Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Peter - Fəsil 1

Fəsillər: Giriş 1 2 3 4 5

 

1) Isa Məsihin həvarisi mən Peterdən seçilmiş, Pont, Qalatiya, Kapadokiya, Asiya vilayəti və Bitinyaya yayilmiş qəriblərə salam!

2) Siz Ata Allahin qabaqcadan bilməsinə görə Ruh tərəfindən təqdis olunaraq Isa Məsihə itaət etməniz və Onun qaninin üzərinizə səpilməsi üçün seçilmisiniz. Qoy lütf və sülh sizə bol-bol verilsin!

Göylərdəki irs

3) Rəbbimiz Isa Məsihin Allahi və Atasina alqiş olsun! O, Öz böyük mərhəmətinə görə yenidən doğulmamizi tə’min etdi. Isa Məsihin ölülər arasindan dirilməsi ilə bizi canli ümidə,

4) çürüməz, ləkəsiz, solmaz bir irsə qovuşdurdu. Bu irs sizin üçün göylərdə saxlanilir.

5) Siz Allahin qüdrəti ilə axir zamanda aşkar olunmağa hazir olan xilas üçün iman vasitəsilə qorunursunuz.

6) Buna görə hal-hazirda qisa bir müddət cürbəcür sinaqlara görə kədərlənsəniz də, hədsiz sevinin: bunlari çəkirsiniz ki,

7) imaninizin sinaqdan keçməsi Isa Məsihin zühurunda sizə tə’rif, izzət və şərəf gətirsin. Bu imaniniz odla təmizlənsə belə, fani qizildan daha çox dəyərlidir.

8) Siz Isa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz.

9) Çünki imaninizin nəticəsində caninizin xilasina nail olursunuz.

10) Sizə göstəriləcək lütf barəsində əvvəlcədən xəbər verən peyğəmbərlər bu xilasa dair araşdirma və tədqiqatlar aparardi.

11) Onlarin daxilində olan Məsihin Ruhu Məsihin əzablari və onlardan sonraki izzəti barədə əvvəlcədən şəhadət edirdi. Bunlarin necə və nə vaxt gələcəyi barədə Ruhun nə göstərdiyini araşdirdilar.

12) Bu şeyləri e’lan edərək özlərinə deyil, sizə xidmət etdikləri onlara açiqca göstərildi. Müjdəni göydən göndərilmiş Müqəddəs Ruh vasitəsilə sizə yayanlar indi həmin xəbəri sizə bildirdi. Mələklər də bu şeyləri yaxindan tanimaq arzusundadirlar.

Müqəddəs həyata çağiriş

13) Buna görə əqlinizi hazirlayib ayiq durun. Ümidinizi bütünlüklə Isa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayin.

14) Itaətkar uşaqlar kimi, cahil ikən qapildiğiniz əvvəlki ehtiraslara uyğunlaşmayin.

15) Amma sizi çağiran Allah müqəddəs olduğuna uyğun olaraq siz də bütün həyat tərzinizdə müqəddəs olun,

16) *necə ki yazilib: «Müqəddəs olun, çünki Mən müqəddəsəm».

17) Hər kəsi tərəfkeşlik etmədən öz əməlinə görə mühakimə edən Allahi «Ata» deyə çağirdiğiniz üçün, bu qürbət dünyadaki vaxtinizi Allah qorxusunda keçirin.

18) Bildiyiniz kimi, siz ata-babalarinizdan miras aldiğiniz puç həyat tərzindən qizil ya gümüş kimi fani şeylərlə deyil,

19) qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qani bahasina azad olunmusunuz{qurtulmusunuz}.

20) Dünya yaranmazdan əvvəl taninmiş Məsih bu axir zamanda sizə görə zühur etdi.

21) Onun vasitəsilə siz Onu ölülər arasindan dirildib izzətləndirən Allaha iman edirsiniz. Beləliklə imaniniz və ümidiniz Allaha bağlidir.

22) Həqiqətəu\fk Həqiqətə – bə’zi əlyazmalarda Ruh vasitəsilə həqiqətə. itaət edərək ürəklərinizi saflaşdirib qardaşlar üçün riyasiz məhəbbətə sahib oldunuz. Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin.

23) Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahin canli davamli olan kəlami vasitəsilə yenidən doğulmusunuz.

24) *Buna görə ki, «Bütün bəşər ota bənzər, Onun bütün gözəlliyi çöl çiçəyi kimidir. Ot quruyar, çiçək tökülər,

25) Amma Rəbbin sözü əbədi qalar». Sizə təbliğ olunan Müjdə sözü budur.


up