Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22
“1 Padşahlar” Kitabı “1 və 2 Şamuel” Kitablarında başlanan İsrail padşahlığının tarixinin davamıdır. Bu kitabı iki hissəyə ayırmaq olar: Süleymanın hakimiyyəti və nailiyyətləri, xüsusən Yerusəlimdə məbədin tikilməsi; İsrailin şimal və cənub padşahlıqlara bölünməsi. “1 və 2 Padşahlar” Kitablarında hər hökmdarın dəyəri Allaha sadiq olması ilə ölçülür. Xalqın uğurları da bu sədaqətdən asılı idi. Bütpərəstlik və itaətsizlik isə bədbəxtliyə aparırdı. Şimal səltənətinin padşahlarından heç biri Allaha sadiq qalmadı, cənubda isə Yəhuda padşahlarının bəzisi sadiq, bəzisi isə sədaqətsiz çıxdı. “1 Padşahlar” Kitabında Rəbbin peyğəmbərləri əhəmiyyətli rol oynayır. Onlar bütlərə səcdə etməmək üçün adamlara cəsarətlə xəbərdarlıq edir və Allaha tərəf dönməyə çağırırdılar. Bu baxımdan İlyas peyğəmbərlə Baal bütünün kahinlərinin mübahisəsi barədə hekayət xüsusilə diqqəti cəlb edir.
Kitabın məzmunu:
Davudun padşahlığının sonu 1:1-2:12
Süleymanın padşah olması 2:13-46
Süleymanın hakimiyyəti 3:1-11:43
Erkən illər 3:1-4:34
MəƏbədin tikilməsi 5:1-8:66
Sonrakı illər 9:1-11:43
Səltənətin bölünməsi 12:1-22:53
Şimal qəbilələrinin üsyanı 12:1-14:20
Yəhuda və İsrailin padşahları 14:21-16:34
İlyas peyğəmbər 17:1-19:21
İsrail padşahı Axav 20:1-22:40
Yəhuda padşahı Yehoşafat və İsrail padşahı Axazya 22:41-53