Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
1) Mən azad deyiləmmi? Həvari deyiləmmi? Rəbbimiz Isani görməmişəmmi? Siz Rəbdə etdiyim əməlin səmərəsi deyilsinizmi?
2) Əgər başqalari üçün həvari deyiləmsə, heç olmasa sizin üçün həvariyəm. Çünki Rəbdə siz mənim həvariliyimin möhrüsünüz.
3) Mənim işlərimi təhlil edənlərə qarşi belə müdafiə olunuram:
4) məgər bizim yeyib-içməyə ixtiyarimiz yoxdur?
5) Məgər bizim o biri həvarilər kimi, Rəbbin qardaşlari və Peterk\fk Peter – yunan mətnində \tl Kefa\tl* . kimi imanli arvadi yanimizda gəzdirməyə ixtiyarimiz yoxdur?
6) Işləməyib dolanmaq üçün ancaq mənim və Barnabanin ixtiyari yoxdur?
7) Kim öz hesabi ilə əsgərlik çəkər? Kim üzüm baği salib barindan yeməz? Kim sürünü otarib südündən içməz?
8) Məgər mən ancaq insanlarin düşündüyü kimi danişiram? Qanun eyni şeylər demirmi?
9) *Çünki Musanin qanununda yazilib: «Xirman çəkən öküzün ağzini bağlama». Allah öküzlərin qayğisina qalirmi,
10) yaxud bu sözlər xüsusən bizə aid deyilmi? Əlbəttə, bu bizim üçün yazilmişdir, çünki cütçü ümidlə şumlamali, xirmançi da məhsula ortaq olmaq ümidi ilə taxil döyməlidir.
11) *Əgər biz aranizda ruhani toxumlar əkdiksə, sizdən maddi bir məhsul yiğsaq, bu sizə çox gəlirmi?
12) Əgər başqalarinin sizdən bunu istəməyə ixtiyari varsa, bizim buna daha çox ixtiyarimiz yoxdurmu? Biz isə bu ixtiyardan istifadə etməmişik. Bunun əvəzinə Məsihin Müjdəsinin yayilmasina mane olmamaq üçün hər şeyə dözürük.
13) *Məgər bilmirsiniz ki, mə’bəddə iş görənlər mə’bədə gətirilən təqdimlərdən qidalanir və qurbangahin xidmətçiləri qurbangahdan öz paylarini götürür?
14) *Beləcə də Rəbb Müjdəni e’lan edənlərə Müjdədən dolanmaği əmr etmişdir.
15) Amma mən bu hüquqlarin heç birindən istifadə etməmişəm. Bunlari yazmiram ki, mənə də belə edəsiniz. Fəxr etməyim üçün bu əsasi heç kim boşa çixarmaz! Belə olmaqdansa, ölməyim daha yaxşidir.
16) Müjdəni yaymağ isə fəxr etməyim üçün əsas deyil. Çünki bu mənim mühüm borcumdur, əgər Müjdəni yaymiramsa, vay halima!
17) Əgər bunu könüllü olaraq edirəmsə, mükafatim var. Yox, əgər bunu könüllü etmirəmsə, mənə tapşirilan vəzifəmi yerinə yetirirəm.
18) Bəs onda mükafatim nədir? Mükafatim budur ki, Müjdənil\fk Müjdəni – bə’zi əlyazmalarda Məsih barəsində Müjdəni. yayaraq müftə təbliğ edirəm və Müjdəni yaymaqdan gələn ixtiyarimdan tam istifadə etmirəm.
19) Mən azadam və heç kəsə məxsus deyiləm, amma mümkün qədər çox insan əldə etmək üçün özümü hamiya qul etdim.
20) Yəhudiləri əldə etmək üçün onlarla Yəhudi kimi davrandim. Özüm Qanunun hökmündə olmasam da,m\fk Özüm Qanunun hökmündə olmasam da – bə’zi əlyazmalarda bu sözlər yoxdur. Qanunun hökmündə olanlari əldə etmək üçün onlarla Qanun hökmündə olan kimi davrandim.
21) Özüm Allahin qanunundan kənar deyil, Məsihin qanununun hökmündəyəmsə də, Qanundan kənar olanlari isə əldə etmək naminə onlarla Qanundan kənar olan kimi davrandim.
22) Zəifləri əldə etmək üçün onlarla zəif kimi davrandim. Hər hansi bir yolla bə’zilərini xilas etmək naminə hər kəs üçün hər şey oldum.
23) Bunun hamisini Müjdə uğrunda, onun bərəkətinə şərik olum deyə edirəm.
24) Qaçişda yarişanlarin hamisinin qaçdiğini, amma təkcə bir nəfərin mükafat aldiğini bilmirsinizmi? Elə qaçin ki, mükafati qazanasiniz.
25) Yarişda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz çələng almaq üçün çalişiriq.
26) Beləliklə, mən də məqsədsiz qaçmiram. Yumruğumu havaya döyən adam kimi atmiram.
27) Lakin bədənimi məcburən özümə qul edirəm ki, başqalarina təbliğ edəndən sonra mükafatimdan məhrum olmayim.