Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Korinflilərə - Fəsil 8

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

 

Bütlərə təqdim olunan qurban əti

1) Indi isə bütlərə təqdim olunan qurbanlara aid: bilirik ki, «hamimiz biliyə malikik». Bilik insanin lovğalanmağina səbəb olur, məhəbbət isə onu ruhən inkişaf etdirir.

2) Kim zənn edirsə, bir şey bilir, o hələ lazim olan kimi heç nə bilmir.

3) Amma kim Allahi sevirsə, Allah onun haqqinda hər şeyi bilir.

4) Beləliklə, bütlərə təqdim olunan qurban ətinin yeyilməsi barəsində bilirik ki, «büt dünyada heç nədir» və «bir olan Allahdan başqasi yoxdur».

5) Yerdə və yaxud göydə «allahlar» adlandirilanlar varsa, hətta çoxlu «allahlar» və «sahiblər» varsa,

6) bizim üçünsə bir Allah – Ata var. Hər şey Ondan gəlir, biz də Onun üçün yaşayiriq. Həmçinin bizim bir Sahibimiz var, O da Rəbb Isa Məsihdir. Hər şey Onun vasitəsilə yaranir, biz də Onun vasitəsilə yaşayiriq.

7) Amma hami bunu bilmir. Hələ bütpərəst adətlərinə uymuş bə’zilər yedikləri ətin bütə kəsilən qurban əti olduğunu düşünür və onlar zəif olduğundan vicdani ləkələnir.

8) Yemək bizi Allahin hüzuruna gətirmir. Biz yeməyəndə heç nə itirmirik, yeyəndə də heç nə əldə etmirik.

9) Amma diqqətli olun ki, sizin seçim ixtiyariniz zəif olanlarin büdrəməsinə səbəb olmasin.

10) Əgər vicdani məs’uliyyəti zəif olan şəxs görsə ki, bilik sahibi olan səni büt evində, süfrə başinda əyləşmisən, bütə təqdim olunan qurbanin ətini yeməyə cür'ət etməzmi?

11) Bunun nəticəsində bu zəif adam, uğrunda Məsihin öldüyü bu qardaş sənin biliyinin ucbatindan həlak olacaq.

12) Beləliklə, zəif olan qardaşlariniza qarşi günah edib vicdanlarini yaralayanda siz Məsihə qarşi günah edirsiniz.

13) Buna görə əgər yemək qardaşimi büdrədirsə, mən daha ət yeməyəcəyəm ki, qardaşim büdrəməsin.


up