Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
1) Indi isə «kişi qadina toxunmasa yaxşidir» yazdiğiniza aid:
2) əxlaqsizliğin qabağini almaq üçün hər kişinin öz arvadi, hər qadinin da öz əri olsun.
3) Ər arvadina aid, arvad da ərinə aid olan nikah borcunu yerinə yetirsin.
4) Arvadin bədəni özünün yox, ərinin ixtiyarindadir. Eləcə də kişinin bədəni özünün yox, arvadinin ixtiyarindadir.
5) Müvəqqəti olaraq raziliqla, duai\fk Dua – bə’zi əlyazmalarda oruc və dua. üçün vaxt ayirmaqdan savayi bir-birinizi ər-arvadliq tə’minatindan məhrum etməyin. Bundan sonra yenə də bir yerdə olun ki, nəfsinizə hakim olmadiğiniza görə Şeytan sizi sinağa çəkməsin.
6) Bunlari əmr kimi yox, güzəşt kimi deyirəm.
7) Çünki bütün insanlarin mənim kimi olmasini istərdim. Amma hər bir insanin Allahdan aldiği öz ən’ami var – birininki belədir, digərininki başqa cürdür.
8) Evli olmayanlara və dul qadinlara isə bunu deyirəm: mənim kimi qalsalar, onlar üçün yaxşi olar.
9) Əgər özlərini saxlaya bilmirlərsə, qoy ailə qursunlar. Çünki ehtirasdan yanmaqdansa, ailə qurmaq daha yaxşidir.
10) *Evli olanlara isə mən əmr edirəm, daha düzgün desəm, Rəbb əmr edir: qadin ərindən ayrilmasin.
11) Ayrilirsa, ərsiz qalmalidir, yaxud əri ilə barişmalidir. Ər də arvadini boşamasin.
12) Başqalarina isə Rəbb yox, mən deyirəm ki, əgər bir qardaşin iman etməyən arvadi var və arvad onunla yaşamağa razidirsa, əri onu boşamasin.
13) Bir arvadin iman etməyən əri varsa və əri onunla yaşamağa razidirsa, qoy arvadi ondan boşanmasin.
14) Çünki iman etməmiş ər arvadi vasitəsilə təqdis olunur və iman etməmiş arvad imanli əri vasitəsilə təqdis olunur. Əks halda uşaqlariniz natəmiz olardi, indi isə onlar müqəddəsdir.
15) Iman etməyən ayrilirsa, qoy ayrilsin. Qardaş ya da baci belə hallarda məcburiyyət qarşisinda deyil. Allah sizi sülhdə yaşamağa çağirib.
16) Ey qadin, ərini xilas edib-etməyəcəyini haradan bilərsən? Yaxud sən, ey ər, arvadini xilas edib-etməyəcəyini haradan bilirsən?
17) Ancaq hər kəs Allahin ona tə’yin etdiyi kimi Rəbbin çağirişina uyğun həyat sürsün. Bunu bütün cəmiyyətlərə əmr edirəm.
18) Əgər bir nəfər sünnətli olaraq çağirildisa, sünnət olunmani aradan qaldirmasin. Digəri isə sünnətsiz olaraq çağirildisa, qoy sünnət olunmasin.
19) Nə sünnətli olmaq, nə də olmamaq, amma Allahin əmrlərini yerinə yetirmək əhəmiyyət kəsb edir.
20) Qoy hər kəs çağirildiği vaxt olduğu vəziyyətdə qalsin.
21) Çağirilanda qul idinsə, fikir eləmə. Amma əgər azad olmağa imkanin varsa, bu fürsəti əldən vermə.
22) Çünki Rəbdə çağiriş alan vaxt qul olan bir nəfər Rəbbin azad etdiyi insandir. Eləcə də çağirilan vaxt azad insan Məsihin quludur.
23) Siz çox baha qiymətə satin alinmisiniz, insanlara qul olmayin!
24) Ey qardaşlar, hər kəs çağirilanda olduğu vəziyyətdə Allahla birlikdə qalsin.
25) Indi isə qizlara aid: bu barədə Rəbdən əmr almamişam. Amma e’tibara layiq olmaq üçün Rəbbin mərhəmətinə nail olmuş bir insan kimi öz fikirlərimi deyirəm.
26) Məncə, indi yaranmiş çətin vəziyyətə görə insanin olduğu kimi qalmasi yaxşidir.
27) Arvadinla nikahla bağlisansa, ondan azad olmağini arzu etmə. Arvadin yoxdursa, özünə arvad axtarma.
28) Amma evlənməyin günah deyil. Qizin da ərə getməsi günah deyil. Belə adamlar isə bu həyatda əziyyət çəkəcək. Mən sizi bundan qorumaq istəyirəm.
29) Qardaşlar, bunu demək istəyirəm: vaxta az qalib. Bundan sonra arvadi olanlar olmayanlar kimi,
30) yas tutanlar tutmayanlar kimi, sevinənlər sevinməyənlər kimi, mal alanlar mallari olmayanlar kimi,
31) bu dünyanin işlərindən faydalananlar bu işlərdən uzaq olanlar kimi olsun. Çünki bu dünyanin indiki vəziyyəti keçib-gedir.
32) Sizin qayğisiz olmanizi istəyirəm. Subay kişi Rəbbi necə razi salmaq barəsində düşünüb Rəbbin işlərinin qayğisina qalir.
33) Evli isə arvadini razi salmaqdan ötrü dünyəvi işlərin qayğisina qalir
34) və diqqəti yayinir. Ərsiz qadin yaxud qiz da Rəbbin işlərinin qayğisina qalir ki, həm bədəndə, həm də ruhən müqəddəs olsun. Ərli qadin isə ərini razi salmaqdan ötrü dünyəvi işlərin qayğisina qalir.
35) Bunu azadliğinizi məhdudlaşdirmaq üçün yox, ancaq sizin xeyrinizə deyirəm ki, ədəblə davranib fikirlərinizi dağitmadan özünüzü Rəbbə həsr edəsiniz.
36) Əgər bir nəfər nişanlandiği qizla düzgün davranmadiğini düşünürsə, yaşi çatib və evlənmək lazim gəlirsə, qoy o adam istədiyini etsin. O, günah etmir. Qoy onlar evlənsin.
37) Amma kim ürəyində qəti niyyət tutub, könüllü surətdə, öz nəfsinə hakim olaraq nişanlandiği qizla evlənməmək qərarina gəlirsə, o adam da yaxşi edir.
38) Buna görə də nişanlisi ilə evlənən yaxşi edir, evlənməyən isə daha yaxşi edir.
39) Arvad əri sağ ikən onaj\fk Ona – bə’zi əlyazmalarda qanuna görə ona. bağli qalir. Əgər əri vəfat etsə, arvad azaddir və kimə istəsə, ərə gedə bilər. Ancaq o kişi Rəbdə olmalidir.
40) Amma fikrimcə, dul qadin olduğu kimi qalsa, daha xoşbəxt olar. Zənnimcə, məndə də Allahin Ruhu var.