Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Korinflilərə - Fəsil 6

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

 

Məhkəmələr barəsində

1) Sizlərdən birinin başqasi ilə iddiasi varsa, müqəddəslərin qarşisinda yox, haqsizlarin qarşisinda mühakimə olunmağa cəsarət edərmi?

2) Dünyani müqəddəslər mühakimə edəcəklərini bilmirsinizmi? Madam ki dünyani mühakimə edəcəksiniz, belə xirda işləri mühakimə etməyə ixtiyariniz çatmirmi?

3) Mələkləri bizim mühakimə edəcəyimizi bilmirsinizmi? Bəs gündəlik həyata aid işlər harada qaldi?

4) Əgər elədirsə, gündəlik həyatda məhkəməyə veriləcək işləriniz varsa, imanlilar cəmiyyətində saymadiğiniz adamlarimi hakim seçirsiniz?

5) Mən bunu sizi utandirmaq üçün deyirəm. Yə’ni öz qardaşlari arasinda hakim olmaq üçün sizlərdən bir nəfər müdrik adam olmadi?

6) Amma qardaş qardaşla məhkəməyə gedir, üstəlik imansizlar qarşisinda!

7) Əslində bir-birinizi məhkəməyə çəkməyiniz sizin üçün artiq tam məğlubiyyətdir. Əvəzində haqsizliğa qatlaşmaq daha yaxşi deyilmi? Aldanib dözmək daha yaxşi deyilmi?

8) Bunun yerinə siz özünüz haqsizliq edib başqalarini aldadirsiniz. Üstəlik bunu qardaşlariniza edirsiniz.

9) Məgər bilmirsiniz ki, haqsizliq edənlər Allahin səltənətini irs olaraq almayacaq? Aldanmayin, çünki nə əxlaqsizlar, nə bütpərəstlər, nə zinakarlar, nə fahişə kişilər, nə kişibaz kişilər,

10) nə oğrular, nə tamahkarlar, nə əyyaşlar, nə böhtançilar, nə də soyğunçular Allahin səltənətini irs olaraq almayacaq.

11) Sizdən bə’ziləri belə idiniz. Amma Rəbb Isa Məsihin adi ilə və Allahimizin Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayildiniz.

Siz Məsihin üzvlərisiniz

12) *«Hər şeyə ixtiyarim var» deyirsiniz, lakin hər şey xeyir vermir. Mən də «Hər şeyə ixtiyarim var» deyə bilərəm, amma özümü heç bir şeyə tabe etməyəcəyəm.

13) «Yemək qarin üçün, qarin da yemək üçündür» deyirsiniz, amma Allah həm qarini, həm də yeməyi yox edəcək. Insan bədəni də əxlaqsizliq üçün deyil, Rəbb üçündür. Rəbb də bədən üçündür.

14) Rəbbi dirildən Allah Öz qüdrəti ilə bizi də dirildəcək.

15) Bilmirsiniz ki, bədənləriniz Məsihin üzvləridir? Indi Məsihin üzvlərini götürüb bir fahişənin üzvləri edim? Əsla!

16) *Bilmirsiniz ki, fahişə ilə birləşən onunla bir bədən olur? Çünki deyilmişdir: «Ikisi bir bədən olacaq».

17) Rəblə birləşən isə Rəblə ruhən bir olur.

18) Cinsi əxlaqsizliqdan uzaqlaşin. Insanin etdiyi bütün digər günahlar bədəndən kənardadir, amma əxlaqsizliq edən öz bədəninə qarşi günah edir.

19) *Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldiğiniz, sizdə yaşayan Müqəddəs Ruhun mə’bədidir? Siz özünüzə məxsus deyilsiniz,

20) çox baha qiymətə satin alinmisiniz. Beləliklə, bədəninizləh\fk Bədəninizlə – bə’zi əlyazmalarda Allaha məxsus olan bədəniniz və ruhunuzla. Allaha izzət gətirin.


up