Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Korinflilərə - Fəsil 5

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

 

Zina edən imanli qardaş

1) *Danişirlar ki, aranizda cinsi əxlaqsizliq baş verir: sizdən bir nəfər ögey anasi ilə yaşayir. Belə cinsi əxlaqsizliğa hətta bütpərəstlərdə rast gəlmək mümkün deyil!

2) Siz hələ lovğa-lovğa danişirsiniz! Bunun əvəzinə yas tutmali idiniz. Belə əməlin sahibi aranizdan qovulmalidir.

3) Mən isə cismən uzaqda olub, ruhən aranizdayam və bu adam barəsində sanki aranizda olduğum üçün artiq hökm çixarmişam:

4) siz Rəbbimiz Isanin adi ilə toplaşanda, mən də ruhən və Rəbbimiz Isanin qüdrəti ilə aranizda olanda,

5) həmin adami Şeytana təslim edin ki, cismani təbiəti yox olsun, ruhu isə Rəbbin günündə xilas olsun.

6) *Sizin öyünməyiniz yaxşi deyil. Məgər bilmirsiniz ki, azaciq maya bütün xəmiri acidir?

7) *Əslində mayasiz olduğunuz kimi, köhnə mayadan təmizlənin ki, təzə xəmir olasiniz. Çünki bizim Pasxa quzumuz olan Məsih qurbang\fk Qurban – bə’zi əlyazmalarda bizdən ötrü qurban. verildi.

8) *Buna görə köhnə maya ilə, kin və pislik mayasi ilə yox, amma səmimiyyətin və həqiqətin mayasiz çörəyi ilə bayram edək.

9) Mən əvvəlki məktubumda sizə əxlaqsizliq edənlərlə ünsiyyətdə olmamaği yazmişdim.

10) Amma mən demək istəmədim ki, bu dünyanin əxlaqsizlari, tamahkarlari, soyğunçu və yaxud bütpərəstləri ilə ünsiyyətdə olmayin. Belə olsaydi, siz bu dünyani tərk etməyə məcbur olardiniz!

11) Əslində mən sizə yazmişdim ki, siz özünü qardaş adlandirib, lakin əxlaqsizliq, tamahkarliq, bütpərəstlik, böhtançiliq, əyyaşliq və yaxud soyğunçuluq edənlə ünsiyyətdə olmayin. Belələri ilə bir yerdə çörək belə, yeməyin.

12) Çünki cəmiyyətdən kənardakilarini mühakimə etməyə mənim nə ixtiyarim var? Məgər sizin mühakimə etməli olduqlariniz cəmiyyətdəkilər deyilmi?

13) *Cəmiyyətdən kənardakilarini Allah mühakimə edəcək. Siz isə öz aranizdan pis adami atin.


up