Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Korinflilərə - Fəsil 4

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

 

Həvarilərin xidməti

1) Beləcə insanlar bizi Məsihin xidmətçiləri və Allahin sirli niyyətini yerinə yetirən idarəçiləri saysin.

2) Idarəçilərdən isə tələb olunur ki, e’tibara layiq olsunlar.

3) Siz, yaxud insan məhkəməsi mənim işlərimi təhlil edirsə, bu mənim üçün çox az əhəmiyyət kəsb edir; hətta mən öz işlərimi təhlil etmirəm.

4) Heç bir şeyə görə vicdan əzabi çəkməsəm də, beləcə özümə haqq qazandirmiram. Çünki mənim işlərimi təhlil edən Rəbdir.

5) Buna görə də münasib vaxtdan əvvəl, yə’ni Rəbb gəlməyənədək heç bir hökm çixarmayin. O gəlib qaranliqda gizlənən şeylərə işiq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çixaracaq. Onda hər kəs Allahdan ona düşən tə’rifi alacaq.

6) Ey qardaşlar, bizdən nümunə alaraq «yazilanlardan kənara çixmayin» məsəlinin mə’nasini öyrənəsiniz deyə bunlari özümə və Apollosa tətbiq etdim ki, heç kim başqasinin qarşisinda lovğalanib o birisinə xor baxmasin.

7) Axi səni kim başqalarindan fərqləndirir? Qəbul etmədiyin nəyin var? Əgər qəbul etmisənsə, nə üçün sanki qəbul etməmiş kimi öyünürsən?

8) Siz daha doymusunuz! Siz artiq varlanmisiniz! Siz bizsiz padşah olmusunuz! Kaş ki siz, doğrudan, padşah olaydiniz ki, biz də sizinlə bərabər padşahliq edək!

9) Çünki mənə elə gəlir ki, Allah biz həvariləri ölümə məhkum olunanlar kimi ən sonda nümayiş etdirdi. Biz də həm dünya, həm mələklər, həm insanlar üçün bir tamaşa olduq.

10) Biz Məsih naminə ağilsiziq, siz isə Məsihdə ağillisiniz! Biz zəifik, siz güclüsünüz! Siz şərəfli adamsiniz, biz isə hörmətsiz!

11) Bu vaxtadək biz ac-susuz və cindir içindəyik. Biz döyülürük, qalmağa yerimiz də yoxdur.

12) *Öz əllərimizlə işləyib zəhmət çəkirik. Bizə böhtan atanda xeyir-dua veririk, tə’qib olunanda dözürük,

13) təhqir olunanda mülayim cavab veririk. Biz bu anadək dünyanin zibili, haminin tullantisi kimi olmuşuq.

14) Bunlari sizi utandirmaq üçün yox, sevimli övladlarim kimi sizə öyüd-nəsihət vermək üçün yaziram.

15) Çünki sizin minlərlə Məsihdə olan mürəbbiniz olsa belə, atalariniz azdir; mən Müjdə vasitəsilə Məsih Isada olan ataniz oldum.

16) *Buna görə sizə yalvariram, məndən nümunə götürün.

17) Bu səbəbə görə Rəbdə mənə sadiq və sevimli olan oğlum Timoteyi sizin yaniniza göndərdim. O sizə hər yerdə, hər bir imanli cəmiyyətində öyrətdiyim kimi Məsih Isada getdiyim yollari xatirladacaq.

18) Sizdən bə’ziləri elə bilir ki, mən yaniniza gəlməyəcəyəm və buna görə də lovğa-lovğa danişir.

19) Amma Rəbb istəsə, mən bu yaxinda yaniniza gələcəyəm. O vaxt bu lovğalarin sözlərini yox, gücünü yoxlayacağam.

20) Çünki Allahin Səltənəti sözdən deyil, gücdən ibarətdir.

21) Siz nə istəyirsiniz? Yaniniza dəyənəklə, yoxsa məhəbbət və mülayim ruhla gəlim?


up