Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
1) Ey qardaşlar, mən sizinlə ruhani insanlar kimi deyil, cismani təbiətə görə yaşayan, Məsihdə körpə olan insanlar kimi danişa bildim.
2) *Mən sizi bərk yeməklərlə deyil, südlə qidalandirdim. Çünki bərk yeməklərə hazir deyildiniz, indi də hazir deyilsiniz.
3) Çünki siz hələ də cismanisiniz. Əgər aranizda qisqancliq və münaqişəd\fk Qisqancliq və münaqişə – bə’zi əlyazmalarda qisqancliq, münaqişə və fikir ayriliği. varsa, onda siz cismani deyilsinizmi? Adi insanlar kimi həyat sürmürsünüzmü?
4) *Əgər biriniz «mən Paulun ardiciliyam», başqasi isə «mən Apollosun ardiciliyam» deyirsə, siz adi insanlare\fk Adi insanlar – bə’zi əlyazmalarda cismani. deyilsinizmi?
5) Apollos kimdir, Paul kimdir? Rəbb hər birimizə tə’yin etdiyi kimi, yalniz iman etməyinizə vasitəçi olan xidmətçiyik.
6) *Mən əkdim, Apollos suladi, amma Allah böyütdü.
7) Buna görə də mühüm olan əkən ya da sulayan deyil, əkiləni böyüdən Allahdir.
8) Əkənlə sulayanin isə dəyəri eynidir. Hər biri öz zəhmətinə görə mükafat alacaq.
9) Çünki biz Allahin əməkdaşlariyiq. Siz isə Allahin zəmisi, Allahin tikilisisiniz.
10) Allahin mənə verdiyi lütfə görə bir mahir bənna kimi bünövrəni qoydum, başqasi isə onun üzərində inşa edir. Amma hər kəs necə inşa etdiyinə diqqətli olsun.
11) Çünki heç kim qoyulan bünövrədən, yə’ni Isa Məsihdən başqa bir təməl qoya bilməz.
12) Bu bünövrənin üstündə qizildan, gümüşdən, qiymətli daşlardan, taxtadan, samandan, küləşdən kim nə isə inşa edərsə,
13) onun əməli bəlli olacaq və qiyamət günü onu ortaya çixaracaq, çünki odla aşkar olunacaq. Od da hər birinin əməlinin keyfiyyətini sinaqdan keçirəcək.
14) Kimin inşa etdiyi əməl tab gətirsə, mükafat alacaq.
15) Kimin əməli yanib yox olsa, o zərər çəkəcək. Özü isə xilas olacaq, amma sanki od içindən keçəcək.
16) *Məgər bilmirsiniz ki, siz Allahin mə’bədisiniz və Allahin Ruhu sizdə yaşayir?
17) Kim Allahin mə’bədinə ziyan vursa, Allah da ziyan vuracaq. Çünki Allahin mə’bədi müqəddəsdir və bu mə’bəd sizsiniz.
18) Qoy heç kim özünü aldatmasin. Sizlərdən biri bu dövrdə özünü müdrik sayirsa, müdrik olmaq üçün ağilsiz olsun.
19) *Çünki bu dünyanin müdrikliyi Allah qarşisinda ağilsizliqdir. Necə ki yazilib: «O, müdrikləri hiylə qurarkən yaxalayir».
20) *Yenə də yazilib: «Rəbb müdriklərin düşüncələrini və bunlarin boş olduğunu bilər».
21) Eləcə qoy heç kim insanlarla öyünməsin, çünki hər şey sizindir.
22) Istər Paul, istər Apollos, istər Peterf\fk Peter – yunan mətnində \tl Kefa\tl* . olsun, dünya, həyat, ölüm, indiki və gələcək zaman – hər şey sizindir.
23) Siz isə Məsihinsiniz, Məsih də Allahindir.