Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Korinflilərə - Fəsil 2

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

 

1) Ey qardaşlar, mən Allah barəsində sirli həqiqətib\fk Sirli həqiqəti – bə’zi əlyazmalarda şəhadəti. e’lan etmək üçün sizə gələndə yüksək natiqlik və müdrikliklə gəlmədim.

2) Çünki mən aranizda olanda Isa Məsihdən, yə’ni çarmixa çəkilmiş Şəxsdən başqa heç bir şey bilməməyi qərara aldim.

3) *Yaniniza zəiflik, qorxu içində gəldim və tir-tir titrəyirdim.

4) Mənim sözüm də, təbliğim də müdrikliyinc\fk Müdrikliyin – bə’zi əlyazmalarda insan müdrikliyinin. inandirici sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asili idi.

5) Belə ki imaniniz insan müdrikliyinə yox, Allahin qüdrətinə əsaslansin.

Allahin müdrikliyi

6) Yetkin insanlar arasinda isə biz müdrikliyi öyrədirik. Amma bu müdriklik nə indiki dövrün, nə də bu dövrün fani hökmdarlarinin müdrikliyi deyil.

7) Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladi.

8) Bu dövrün hökmdarlarindan heç biri onu anlamadi. Çünki anlasaydilar, izzətli Rəbbi çarmixa çəkməzdilər.

9)*Amma necə ki yazilmişdi: «Allahin Onu sevənlər üçün hazirladiqlarini Nə göz görüb, nə də qulaq eşidib, Nə də insan ürəyi dərk edib».

10) Bizə isə Allah bunlari Öz Ruhu ilə açdi. Çünki Ruh hər bir şeyi, Allahin dərin düşüncələrini belə, araşdirir.

11) Axi insanin düşüncələrini insanin daxilində olan ruhdan savayi kim bilər? Eləcə də Allahin düşüncələrini Onun Ruhundan savayi heç kim bilməz.

12) Allahin bizə verdiyi ən’amlari dərk edə bilməmiz üçün biz bu dünyanin ruhunu yox, Allahdan gələn Ruhu qəbul etdik.

13) Bunlari, insani müdrikliyin öyrətdiyi deyil, Ruhun öyrətdiyi sözlərlə bildiririk. Ruhani anlayişlari ruhani sözlərlə ifadə edirik.

14) Təbiətcə yaşayan adam Allahin Ruhuna aid olan şeyləri qəbul etmir, çünki bunlari ağilsizliq sayir. Bunlari başa düşə bilmir, çünki bunlar ruhani nöqteyi-nəzərdən araşdirilir.

15) Ruhani adam isə hər şeyi araşdira bilər. Fəqət onun daxilini heç kim araşdira bilməz.

16) *«Axi Rəbbin ağlini kim dərk etmişdir? Ona kim öyüd-nəsihət verər?» Amma biz Məsih ağlina malikik.


up