Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Korinflilərə - Fəsil 15

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

 

Məsihin dirilməsinin mühümlüyü

1) Indi qardaşlar, sizə bəyan etdiyim və qəbul edib əsaslandiğiniz Müjdəni yadiniza salmaq istəyirəm.

2) Əgər sizə bəyan etdiyim sözə bağlanmisinizsa, o Müjdə ilə də xilas olmaqdasiniz, yoxsa əbəs yerə iman etmisiniz.

3) *Özümün də qəbul etdiyim bu ən əhəmiyyətli tə’limi sizə çatdirdim: Müqəddəs Yazilara uyğun olaraq Məsih günahlarimiz üçün öldü,

4) dəfn olundu və Müqəddəs Yazilara uyğun olaraq üçüncü gün dirildi.

5) *O əvvəl Peterə,w\fk Peter – yunan mətnində \tl Kefa\tl* . sonra On Iki Şagirdə göründü.

6) Bundan sonra beş yüzdən çox qardaşa eyni anda göründü. Bu qardaşlardan çoxu indi də yaşayir, bə’ziləri isə vəfat etmişdir.

7) *Məsih daha sonra Yaquba, sonra bütün həvarilərə göründü.

8) Hamidan sonra isə münasib vaxti doğulmayan bir uşağa bənzəyən mənə də göründü.

9) *Çünki mən həvarilərin ən kiçiyiyəm və Allahin cəmiyyətini tə’qib etdiyim üçün həvari adlanmağa layiq deyiləm.

10) Amma indi hər nəyəmsə, Allahin lütfü ilə eləyəm. Onun mənə göstərdiyi lütf əbəs deyildi, çünki mən hamidan çox zəhmət çəkdim. Əslində mən yox, Allahin mənimlə birgə fəaliyyətdə olan lütfü bu zəhməti çəkdi.

11) Beləcə ya mən, ya da onlar bu cür təbliğ edirik; siz də belə iman etmisiniz.

Ölülərin dirilməsi

12) Əgər Məsih haqqinda təbliğ olunursa ki, O, ölülər arasindan dirildi, sizlərdən bə’ziləri ölülərin dirilməsinin olmadiğini necə söyləyə bilər?

13) Əgər ölülərin dirilməsi yoxdursa, Məsih də dirilməyib.

14) Əgər Məsih dirilməmişdirsə, onda həm bizim təbliğimiz boş, həm də sizin imaniniz boşdur.

15) Belə halda Allah barədə yalançi şahid olduğumuz da aşkara çixacaq. Çünki biz Allah barədə şəhadət etdik ki, O, Məsihi diriltdi. Amma ölülər dirilməzsə, Allah Məsihi də diriltmədi.

16) Çünki əgər ölülər dirilməzsə, Məsih də dirilməmişdir.

17) Əgər Məsih dirilməmişdirsə, imaniniz da əbəsdir, siz hələ də günahlarinizin içindəsiniz

18) və Məsihdə vəfat edənlər əbədilik öldülər.

19) Əgər yalniz bu həyat üçün Məsihə ümid bağlamişiqsa, biz hamidan yaziğiq.

20) Əslində Məsih ölülər arasindan, vəfat edənlərdən ilki olaraq dirildi.

21) Ölüm bir insanin vasitəsilə gəldiyinə görə, ölülərin dirilməsi də bir Insan vasitəsilə gəlir.

22) Adəmdə hami öldüyü kimi, Məsihdə də hami həyata qovuşacaq.

23) Hər biri öz növbəsi ilə: ilk növbədə Məsih, sonra Məsihin gəlişində Məsihə məxsus olanlar həyata qovuşar.

24) Bundan sonra O hər başçini, hər hakimi və qüvvəni aradan götürüb Səltənəti Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaq.

25) *Çünki Allah Onun bütün «düşmənlərini ayaqlarinin altina salanadək» O səltənət sürməlidir.

26) Aradan götürüləcək son düşmən isə ölümdür.

27) *Çünki Allah «hər şeyi Onun ayağinin altina qoydu». Amma Məsihə hər şey tabe oldu deyiləndə, aydin olur ki, hər şeyi Ona tabe etdirən Allah buraya daxil deyildir.

28) Hər şey Oğula tabe olandan sonra Oğul Özü də Ona hər şeyi tabe etdirən Ataya tabe olacaq ki, Allah hər şeydə hər şey olsun.

29) Yoxsa ölülər uğrunda vəftiz olunanlar nə edəcək? Əgər ölülər heç vaxt dirilməsə, insanlar ölülər uğrunda niyə vəftiz olunur?

30) Biz də nə üçün hər an təhlükələrə uğrayiriq?

31) Ey qardaşlar, Rəbbimiz Məsih Isada sizinlə etdiyim fəxrin haqqi üçün mən hər gün ölümlə qarşilaşiram.

32) *Adi insanlarin bəslədiyi ümidlərlə Efesdə vəhşi heyvanlarla mübarizə aparmağimin mənə xeyri nə idi? Əgər ölülər dirilməzsə, «Qoy yeyib-içək, çünki sabah öləcəyik!»

33) Aldanmayin: «pis adamlarla ünsiyyət yaxşi əxlaqi pozur».x

34) Ayilin, saleh olun, daha günaha batmayin. Axi bə’ziləriniz Allah barəsində heç nə bilmir. Utanasiniz deyə bunu yaziram.

Dirilmədən sonraki bədən

35) Lakin bir nəfər belə deyə bilər: «Ölülər necə diriləcək? Onlar nə cür bədənlə gələcəklər?»

36) Ey ağilsiz insan! Sənin əkdiyin toxum ölməsə, həyata qovuşmaz!

37) Əkərkən hasil olacaq bədəni deyil, yalniz toxumu – bəlkə buğdanin ya digər bitkinin toxumunu əkirsən.

38) Amma Allah o toxuma istədiyi quruluş verir. O hər bir bitən toxuma özünə məxsus quruluş verir.

39) Hər canli məxluqun əti eyni deyil. Insan əti başqa, heyvan əti başqa, quş əti başqa, baliq əti başqadir.

40) Səma cisimləri var, dünya cisimləri də var. Amma səma cisimlərin ehtişami başqa, dünyaninkilarin başqadir.

41) Günəşin ehtişami başqa, ayin ehtişami başqa, ulduzlarin ehtişami başqadir. Ulduz da digər ulduzdan ehtişamina görə fərqlənir.

42) Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz;

43) əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir;

44) əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var.

45) *Necə ki yazilib: ilk insan Adəm «canli bir varliq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu.

46) Amma ilkin ruhani deyil, təbii bədəndir. Ruhani isə sonra gəlir.

47) Ilk insan yerin torpağindan, ikinci Insan göydən yarandi.y\fk Gəlir – bə’zi əlyazmalarda gələn Rəbdir.

48) Torpaqdan yaranan adam necədirsə, torpaqdan yarananlar da elədir; səmavi Adam necədirsə, səmavilər də elədir.

49) Biz torpaqdan yarananin surətini necə gəzdiririksə, səmavi Olanin surətini də elə gəzdirəcəyik.

50) Ey qardaşlar, bunu demək istəyirəm ki, ət və qan Allahin Səltənətini irs olaraq ala bilməz, eləcə də çürüyən bədən çürüməzliyi irs olaraq almaz.

51) *Baxin sizə bir sirr açmaq istəyirəm: hamimiz vəfat etməyəcəyik,

52) amma son şeypur çalinanda bir andaca, bir göz qirpimindaca hamimiz dəyişiləcəyik. Çünki şeypur çalinacaq, ölülər çürüməzlilkə diriləcək, biz isə dəyişiləcəyik.

53) Çünki bu çürüyən bədən çürüməzliyi, bu ölümə düçar olan bədən ölməzliyi geyməlidir.

54) *Çürüyən bədən çürüməzliyi və ölümə düçar olan bədən ölməzliyi geydikdə «Ölüm yox edildi, onun üzərində qələbə çalindi!» deyə yazilmiş söz yerinə yetəcək.

55) *«Ey ölüm, qələbən hani? Ey ölüm, neştərin hani?»z\fk Ey ölüm, qələbən hani? Ey ölüm, neştərin hani? – bə’zi əlyazmalarda Ey ölüm, neştərin hani? Ey ölülər diyari, qələbən hani?

56) Ölümün neştəri günahdir, günah isə gücünü Qanundan alir.

57) Rəbbimiz Isa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!

58) Beləliklə, ey sevimli qardaşlarim, Rəbdə çəkdiyiniz zəhmətin boşa çixmayacağini bilərək möhkəm durun, sarsilmayin, hər zaman Rəbbin işində sə’ylə çalişin.


up