Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Korinflilərə - Fəsil 14

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

 

Namə’lum dillər və peyğəmbərlik ən’amlari

1) Məhəbbət yolu ilə gedin və ruhani ən’amlari, ələlxüsus peyğəmbərlik ən’amini sə’ylə istəyin.

2) Çünki namə’lum dildə danişan, adamlarla yox, Allahla danişir. Onu heç kim başa düşmür. O, Ruh vasitəsilə sirlər söyləyir.

3) Peyğəmbərlik edən isə, adamlarla onlari ruhən inkişaf etdirmək, həvəsləndirmək və təsəlli vermək üçün danişar.

4) Namə’lum dildə danişan özünü inkişaf etdirir, peyğəmbərlik edən isə cəmiyyəti inkişaf etdirir.

5) Istərdim ki, haminiz dillərdə danişasiniz, daha yaxşi olar ki, peyğəmbərlik edəsiniz. Çünki cəmiyyətin inkişafi üçün peyğəmbərlik edən insan dillərdə danişan və izah etməyən insandan üstündür.

6) Indi isə qardaşlar, yaniniza gəlib dillərdə danişsam, amma nazil olan sözü, bilik, peyğəmbərlik yaxud tə’lim sözünü sizə deməsəm, sizə nə xeyrim dəyər?

7) Tütək ya da çəng kimi cansiz alətlər fərqli səslər çixarmazsa, eşidən çalindiğini necə bilər?

8) Əgər şeypur aydin olmayan səs çixararsa, döyüşə kim hazirlaşar?

9) Eyni tərzdə də əgər siz dilinizlə anlaşilan sözlər söyləməsəniz, dediyinizi necə başa düşərlər? Siz havaya danişmiş olursunuz!

10) Şübhəsiz, dünyada bir çox cürbəcür danişiqlar var və onlardan heç biri mə’nasiz deyil.

11) Amma söylənilən danişiğin mə’nasini bilmirəmsə, mən danişan üçün yadelli oluram, danişan da mənə yadelli olur.

12) Eləcə də siz də ruhani ən’amlari sə’ylə istədiyiniz üçün, cəmiyyəti inkişaf etdirən ən’amlarda üstün olmağa çalişin.

13) Bu səbəbə görə də namə’lum dildə danişan öz dediklərini izah edə bilməsi üçün dua etsin.

14) Çünki əgər mən namə’lum dildə dua edirəmsə, ruhum dua edir, amma zehnim bəhrəsiz qalir.

15) Bəs mən nə edim? Ruhumla da, zehnimlə də dua edəcəyəm, ruhumla da, zehnimlə də ilahi oxuyacağam.

16) Tə’lim almamiş adamin vəziyyətini nəzərə al. Əgər sən ancaq ruhunla alqiş edirsənsə, o sənin şükür duana necə «Amin!» desin? Axi o sənin nə dediyini başa düşmür.

17) Əlbəttə, sən yaxşi şükür edirsən, amma bu adam inkişaf edə bilməz.

18) Mən dillərdə haminizdan çox danişdiğim üçün Allaha şükür edirəm.

19) Imanlilar cəmiyyətində isə namə’lum dildə minlərlə söz deməkdənsə, başqalarini öyrətmək üçün zehnimlə beş kəlmə deməyi üstün tuturam.

20) Qardaşlar, uşaq kimi düşünməyin. Pisliyə münasibətdə körpə kimi, amma düşünməkdə yetkin olun.

21) *Qanunda yazilib: «Rəbb deyir: “Bu xalqla yadellilərin ağzi ilə, Başqalarinin dilləri ilə danişacağam. Amma onlar hətta o vaxt məni eşitmək istəməyəcəklər”».

22) Beləliklə, namə’lum dillər iman edənlər üçün deyil, imansizlar üçün bir əlamətdir. Peyğəmbərlik isə iman etməyənlər üçün deyil, imanlilar üçündür.

23) Əgər bütün cəmiyyət bir yerdə toplaşib, hami namə’lum dillərdə danişmağa başlayarsa və tə’lim almamiş adamlar yaxud iman etməyənlər oraya girərlərsə, deməzlərmi ki, siz ağlinizi itirmisiniz?

24) Amma hami peyğəmbərlik edirsə və oraya iman etməyən yaxud tə’lim almamiş adam girirsə, o hami tərəfindən inandirilacaq, hər sözlə özünü araşdiracaq.

25) Ürəyindəki gizli fikirlər aşkara çixacaq və o üzüstə yerə döşənib Allaha səcdə edəcək və: «Allah, həqiqətən, aranizdadir!» deyib nida edəcək.

Düzgün ibadət

26) Bəs onda nə deyək, ey qardaşlar? Toplaşanda hər birinizin bir ilahisi, bir dərsi, bir nazil olan sözü, bir namə’lum dildə sözü, bir izahi var. Qoy bunlar hamisi bir-birinizin inkişafi üçün olsun.

27) Əgər kimsə namə’lum dildə danişirsa, iki, yaxud ən çox üç adam növbə ilə danişsin, bir nəfər də izah etsin.

28) Əgər izah edən yoxdursa, namə’lum dildə danişan cəmiyyətdə sussun, yalniz özü ilə və Allahla danişsin.

29) Iki ya üç peyğəmbər danişsin, başqalari isə onlarin dediklərini ayird etsin.

30) Əgər oturanlardan birinə nazil olan söz gələrsə, ilk danişan sussun.

31) Çünki haminiz, bir-birinizin ardinca peyğəmbərlik edə bilərsiniz ki, haminiz tə’lim alib ruhlansin.

32) Peyğəmbərlərin ruhlari da peyğəmbərlərə tabe olur.

33) Çünki Allah qarişiqliq deyil, sülh qaynağidir. Müqəddəslərin bütün cəmiyyətlərində belədir.

34) Qadinlar cəmiyyət toplantilarinda sussun, çünki onlara söhbət etməyə icazə verilmir. Onlar Qanunun da buyurduğu kimi nizama tabe olsunlar.

35) Öyrənmək istədikləri bir şey varsa, evdə ərlərindən soruşsunlar. Çünki qadina cəmiyyətdə söhbət etmək ayibdir.

36) Məgər Allahin kəlami siz Korinflilərdən qaynaqlandi, yoxsa yalniz sizə çatdi?

37) Kim özünü peyğəmbər və ya ruhani hesab etsə, qoy bilsin ki, sizə yazdiqlarim Rəbbin əmridir.

38) Kim bunu nəzərə almasa, özü də nəzərdə olmaz.

39) Beləliklə, qardaşlarim, peyğəmbərlik etməyi sə’ylə istəyin və namə’lum dillərdə danişmağa da mane olmayin.

40) Ancaq qoy hər şey ədəblə və nizamla edilsin.


up