Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Korinflilərə - Fəsil 13

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

 

Məhəbbətin qüdrəti

1) Əgər mən insan və mələk dilləri ilə danişiramsa, lakin məhəbbətim olmasa, cingildəyən mis və ya danqildayan sincəm.

2) *Əgər peyğəmbərlik ən’amim varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağlari yerindən tərpədəcək dərəcədə tam imanim varsa, amma məhəbbətim yoxsa, mən bir heçəm.

3) Əgər bütün var-dövlətimi paylayib yoxsullari doyduraramsa və öyünmək üçün bədənimi ölümə v\fk Öyünmək üçün bədənimi ölümə – bə’zi əlyazmalarda yandirilmaq üçün bədənimi. təslim edərəmsə, lakin məhəbbətim yoxsa, bunun mənə heç bir xeyri yoxdur.

4) Məhəbbət səbirli, xeyirxahdir. Məhəbbət paxilliq etməz, öyünməz, lovğalanmaz,

5) kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayib-hesablamaz.

6) Məhəbbət haqsizliğa sevinməz, həqiqətə isə şadlanar.

7) O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər.

8) Məhəbbət əsla tükənməz. Peyğəmbərlik sözləri sona çatacaq, dillər ən’ami da qurtaracaq, bilik də aradan qalxacaq.

9) Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur.

10) Kamillik gələndə məhdud olan aradan qalxacaq.

11) Mən körpə olanda körpə kimi danişir, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya-başa çatdiqda isə körpə fikirlərimi tərk etdim.

12) Indi biz sanki güzgüyə baxaraq aydin dərk etmədən görürük, o zaman isə üzbəüz görəcəyik. Indi biliyim məhduddur, o zaman isə haqqimda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm.

13) Indi isə üç şey qalir: iman, ümid, məhəbbət. Amma bunlarin arasinda məhəbbət üstündür.


up