Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Korinflilərə - Fəsil 12

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

 

Ruhani ən’amlar

1) Qardaşlar, indi isə ruhani ən’amlara aid: bixəbər olmağinizi istəmirəm.

2) Bilirsiniz ki, siz bütpərəst olarkən necə tovlana-tovlana dilsiz-ağizsiz bütlərə tərəf yönəldiniz.

3) Buna görə sizi xəbərdar edirəm ki, Allahin Ruhu vasitəsilə danişan heç kim «Isaya lə’nət olsun» deməz və heç kim Müqəddəs Ruh vasitəsi olmadan «Isa Rəbdir!» deyə bilməz.

4) *Müxtəlif ən’amlar var, amma Ruh eynidir.

5) Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir.

6) Müxtəlif fəaliyyətlər də var, amma hamisini hər adamda göstərən Allah eynidir.

7) Fəqət Ruh hər kəsə xeyri üçün aşkar olunur.

8) Birinə Ruh vasitəsilə hikmət sözü, başqasina isə eyni Ruhla bilik sözü verilir.

9) Digərinə isə eyni Ruh imani, o birisinə həmin Ruh şəfa ən’amlarini verir.

10) Birinə mö’cüzə yaratmaq, başqasina peyğəmbərlik, digərinə ruhlari ayird etmək qabiliyyəti, bir başqasina müxtəlif dillərdə danişmaq, o birisinə bu dilləri izah etmək ən’ami verilir.

11) Bunlarin hamisi tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ən’amlari hər kəsə Öz istədiyi tərzdə paylayir. Isa Məsihin bədəni barəsində

12) Bədən birdir və üzvləri çoxdur. Bədən üzvlərin çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir;

13) çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamimiz bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamimiz eyni Ruhdan içirilmişik.

14) Bədən tək üzvdən deyil, çox üzvdən ibarətdir.

15) Ayaq «mən əl olmadiğima görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil.

16) Qulaq «mən göz olmadiğima görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil.

17) Bütün bədən gözdən ibarət olsaydi, necə eşidərdik? Bütün bədən qulaq olsaydi, necə iy bilərdik?

18) Amma Allah istədiyi tərzdə bədən üzvlərinin hər birini bədəndə yerləşdirdi.

19) Əgər hamisi bir üzv olsaydi, bədən nə vəziyyətdə qalardi?

20) Doğrudan da, üzv çox, bədən isə birdir.

21) Göz ələ: «Sən mənə lazim deyilsən» və yaxud baş da ayaqlara: «siz mənə lazim deyilsiniz», deyə bilməz.

22) Əksinə, bədənin daha zəif görünən üzvləri daha çox lazimlidir,

23) dəyəri az saydiğimiz bədən üzvlərini daha çox dəyərləndiririk, görünməyən üzvlərimizə də xüsusi qayği göstəririk.

24) Görünən üzvlərimizin isə buna ehtiyaci yoxdur. Lakin Allah aşaği tutulan üzvə daha çox dəyərləndirərək bədəni elə düzəltdi ki,

25) bədəndə ayri-seçkilik olmasin, əksinə, bütün üzvlər bir-birinə eyni qayği göstərsin.

26) Buna görə əgər bir üzv əzab çəkirsə, başqalari da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatirsa, başqalari da onunla birgə sevinir.

27) Siz də Məsihin bədənisiniz, bu bədənin ayri-ayriliqda isə üzvlərisiniz.

28) *Allah imanlilar cəmiyyətində birinci həvarilər, ikincisi peyğəmbərlər, üçüncüsü də müəllimlər tə’yin etdi. Sonra bə’zilərinə mö’cüzə yaratmaği, habelə şəfa ən’amlarini, yardimçiliği, idarəçiliyi, müxtəlif dillərdə danişmaği verdi.

29) Hami həvaridirmi? Hami peyğəmbərdirmi? Hami müəllimdirmi? Hami mö’cüzə yarada bilirmi?

30) Haminin şəfa ən’amlari varmi? Hami namə’lum dillərdə danişirmi? Hami belə dilləri izah edə bilirmi?

31) Amma daha böyük ən’amlari sə’ylə istəyin. Indi isə sizə bundan da ə’la yol göstərəcəyəm.


up