Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Korinflilərə - Fəsil

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

 

1) *Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün.

Məsihçi nizam-intizami

2) Hər işdə məni xatirladiğimiz və sizə tapşirdiğim tə’limlərə sadiq qaldiğiniz üçün sizi tə’rif edirəm.

3) Bunu da bilmənizi istəyirəm ki, hər kişinin başi Məsih, arvadin başi ər, Məsihin başi isə Allahdir.

4) Başina nə isə qoyub dua yaxud peyğəmbərlik edən hər kişi öz başini şərəfsiz edir.

5) Başiaçiq dua yaxud peyğəmbərlik edən hər qadin da öz başini şərəfsiz edir. Belə qadinla saçlari qirxilmiş qadin arasinda fərq yoxdur.

6) Əgər qadin başini örtmürsə, qoy saçlarini qisa kəssin. Amma əgər qadin üçün saçini qisa kəsməsi yaxud qirxmasi ayibdirsa, qoy başini örtsün.

7) *Beləliklə, kişinin Allahin surəti və izzəti olduğuna görə başini örtmək olmaz. Qadin isə kişinin izzətidir.

8) *Çünki kişi qadindan yox, qadin kişidən yarandi.

9) Kişi qadin üçün yox, qadin kişi üçün yaradildi.

10) Bu səbəbdən mələklərə görə qadinin başi barədə ixtiyari özündə olmalidir.r\fk Qadinin başi barədə ixtiyari özündə olmalidir – yaxud qadin səlahiyyət rəmzi üçün başini örtməlidir.

11) Hər halda Rəbdə nə qadin kişidən, nə də kişi qadindan müstəqildir.

12) Çünki qadin kişidən yarandiği kimi kişi də qadin vasitəsilə yaranir və hər şey Allahdan yaranir.

13) Özünüz qərara gəlin, qadina başiaçiq Allaha dua etmək yaraşarmi?

14) Məgər təbiətin özü sizə kişinin saçi uzun olmasinin özü üçün hörmətsizlik,

15) qadinin saçlarinin uzun olmasi isə onun üçün şərəf olduğunu öyrətmir? Çünki qadina saç örtük kimi verilib.

16) Bu barədə kimsə mübahisəçi olmaq istəyirsə, bilsin ki, nə bizim, nə də Allahin cəmiyyətlərinin belə bir adəti var.

Rəbbin süfrəsinə aid tə’limat

17) Sizin toplantilariniz xeyirdən çox zərər gətirdiyinə görə aşağida yazilan əmrlərdən çixiş edərək sizi tə’rifləmirəm.

18) Çünki əvvəl eşitmişəm ki, cəmiyyətdə yiğilanda aranizda dəstəbazliq olur. Buna mən bir az da olsa, inaniram.

19) Çünki Allahin sinaqdan keçmiş adamlari bəlli olsun deyə aranizda firqələrə bölünmə olmalidir!

20) Xüsusən bir yerə toplaşanda yediyiniz Rəbbin süfrəsi deyil.

21) Çünki biriniz o birisini gözləmədən süfrənizi açirsiniz və biri ac qalir, o birisi isə sərxoş olur.

22) Yeyib-içmək üçün evləriniz yoxdurmu? Bəlkə siz Allahin cəmiyyətinə xor baxirsiniz və yoxsullari utandirmaq istəyirsiniz? Sizə nə deyim? Sizi tə’rifləyimmi? Əsla! Bu işdə sizi tə’rifləməyəcəm.

23) Çünki sizə çatdirdiğim bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb Isa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü,

24) şükür edib onu böldü və dedi: «Bus\fk Bu – bə’zi əlyazmalarda Alin və yeyin, bu (Mat.

26) :

26) ). Mənim sizin üçün verilənt\fk Verilən – bə’zi əlyazmalarda əzilən. bədənimdir. Bunu Məni xatirlamaq üçün edin».

25) *Eləcə də axşam yeməyindən sonra kasani götürüb dedi: «Bu kasa Mənim qanimla bağladiğim yeni əhddir. Bunu hər dəfə içəndə Məni xatirlamaq üçün edin».

26) Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə, siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz.

27) Buna görə də kim uyğun olmayan tərzdə Rəbbin bu çörəyini yeyib yaxud Onun kasasindan içsə, Rəbbin bədəninə və qanina qarşi təqsirkardir.

28) Bunun əvəzinə qoy insan özünü yoxlasin və yalniz sonra bu çörəkdən yeyib bu kasadan içsin.

29) Çünki kim Rəbbin bədəniniu\fk Rəbbin bədənini – hərfi tərcümə bədəni, bə’zi əlyazmalarda uyğun olmayan tərzdə Rəbbin bədənini. dərk etməmiş yeyib-içsə, yeyib-içərək öz başina mühakimə gətirir.

30) Bu səbəbə görə də bir çoxunuz zəif və xəstədir, bə’ziləri isə vəfat etmişdir.

31) Əgər biz özümüzü düzgün dərk etsəydik, mühakiməyə düşməzdik.

32) Rəbb bizi mühakimə edəndə dünya ilə birlikdə məhkum olunmayaq deyə bizi tərbiyə edir.

33) Beləliklə, qardaşlarim, yeməyə toplaşanda bir-birinizi gözləyin.

34) Ac olan varsa, qoy evində yesin ki, toplantiniz mühakimə olmaniza səbəb olmasin. Qalan məsələləri isə özüm gələndə nizama salacağam.


up