Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
1) *Qardaşlar, bixəbər olmağinizi istəmirəm ki, ata-babalarimizin hamisi bulud altinda qorundu, hamisi da dənizdən keçdi.
2) Hamisi Musanin ardinca getmək üçün buludda və dənizdə vəftiz edildi.
3) *Hamisi eyni ruhani qida yedi
4) *və eyni ruhani içki içdi. Çünki onlar ardlarinca gələn ruhani Qayadan içirdi. O Qaya da Məsih idi.
5) *Amma Allah onlarin çoxundan razi qalmadi və cəsədləri çölə sərildi.
6) *Bu hadisələr bizim üçün ibrət olsun deyə baş verdi ki, biz onlar kimi pisliyə meyl göstərməyək.
7) *Onlardan bə’zisi kimi bütpərəst olmayin. Onlar barədə belə yazilib: «Xalq oturub yeyib-içdi, sonra isə qalxib oynaşdi».
8) *Onlardan bə’zisi kimi cinsi əxlaqsizliq etməyək. Bir gündə onlardan iyirmi üç min nəfər öldü.
9) *Məsihin\fk Məsihi – bə’zi əlyazmalarda Rəbbi. sinamayaq: onlardan bə'ziləri belə etdi və ilanlar onlari öldürdü.
10) *Deyinməyin, çünki onlardan da bə’ziləri deyindi və məhvedici mələk onlari öldürdü.
11) Bu hadisələr ibrət dərsi olub onlarin başina gəldi və bu dövrün sonuna çatan bizim üçün öyüd-nəsihət kimi yazilib.
12) Buna görə də kim ayaq üstə durduğunu düşünürsə, ehtiyatli olsun ki, yixilmasin.
13) Siz hər insanin qarşilaşdiği sinaqdan başqa bir sinaqla qarşilaşmadiniz. Allah sadiqdir və O sizi gücünüzdən artiq sinağa çəkilməyə qoymaz. Sinaqla yanaşi bu vəziyyətdən çixiş yolu ilə tə’min edəcək ki, tab gətirə biləsiniz.
14) Beləliklə, ey sevimlilərim, bütpərəstlikdən uzaqlaşin.
15) Mən ağilli insanlara xitab edirəm. Dediklərimi siz özünüz araşdirin.
16) *Şükür etdiyimiz xeyir-dua kasasi Məsihin qanina şəriklik deyilmi?Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi?
17) Çörək bir olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. Çünki hamimiz bir çörəyi bölüb yeyirik.
18) *Soy-kökünə görə Israil xalqina nəzər salin: qurbanlari yeyənlər qurbangaha şərik deyilmi?
19) Belədirsə, mən nə demək istəyirəm? Bütə təqdim olunan qurban ətinin bir əhəmiyyəti varmi? Yaxud bütlərin əhəmiyyəti varmi?
20) *Xeyr, amma deyirəm ki, bütpərəstlər qurbanlarini Allaha yox, cinlərə gətirir. Cinlərlə şərik olmanizi istəmirəm.
21) Siz həm Rəbbin kasasindan, həm də cinlərin kasasindan içə bilməzsiniz; həm Rəbbin, həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz.
22) *Yoxsa Rəbbi qisqancliğa vadar edirikmi? Məgər biz Ondan güclüyük?
23) *«Hər şeyə ixtiyar verilib» deyirsiniz, amma hər şey xeyir vermir. «Hər şeyə ixtiyar verilib»,o\fk Ixtiyar verilib... ixtiyar verilib – bə’zi əlyazmalarda ixtiyarim var... ixtiyarim var. lakin hər şey ruhən inkişaf etdirmir.
24) Hər kəs öz xeyrini yox, başqalarinin xeyrini güdsün.
25) Ət bazarinda nə satilirsa, vicdani məsələni qaldirmadan yeyin.
26) *Çünki «Rəbbindir yer üzü və orada mövcud olanlar».
27) Əgər imanli olmayanlardan biri sizi yeməyə də’vət edir və siz getmək istəyirsinizsə, qabağiniza nə qoysalar, vicdani məsələni qaldirmadan yeyin.
28) Amma əgər biri sizə desə ki, «bu, qurbanp\fk Qurban – bə’zi əlyazmalarda bütlərə təqdim olunan qurban. ətidir», onda həm sizə bunu deyənin, həm də vicdan xatirinə yeməyin.q\fk Yeməyin – bə’zi əlyazmalarda yeməyin. Çünki «Rəbbindir yer üzü və orada mövcud olanlar».
29) Mən sizin vicdaninizi yox, başqasinin vicdanini nəzərdə tuturam. Axi nə üçün mənim azadliğim başqasinin vicdani ilə müəyyənləşdirilsin?
30) Əgər şükür edərək yeməkdə iştirak edirəmsə, şükür etdiyim yeməyə görə nə üçün məni böhtan atirlar?
31) Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahin izzəti üçün edin.
32) Yəhudilərin, Yunanlarin yaxud Allahin cəmiyyətinin büdrəməsinə səbəb olmayin,
33) necə ki mən də hər şeydə hər kəsi razi salmağa çalişiram. Bunu öz xeyrim üçün yox, çoxlarin xeyri üçün edirəm ki, onlar da xilas olsun.