Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

1 Korinflilərə - Fəsil 1

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

 

Paulun Korinflilərə 1-ci Məktubu

1) *Allahin iradəsi ilə Məsih Isanin həvarisi olmağa çağirilmiş mən Pauldan və qardaşimiz Sostendən

2) Allahin Korinfdə olan imanli cəmiyyətinə salam! Siz Məsih Isada təqdis olunmusunuz. Rəbbimiz Isa Məsihin adini hər yerdə çağiran hami ilə birlikdə müqəddəs olmağa çağirilmisiniz. O həm onlarin, həm də bizim Rəbbimizdir.

3) Atamiz Allahdan və Rəbb Isa Məsihdən sizə lütf və sülh olsun.

Cəmiyyətin sədaqəti

4) Allahin Məsih Isa vasitəsilə sizə bəxş etdiyi lütfə görə sizin üçün həmişə Allahima şükür edirəm.

5) Çünki siz Məsihin vasitəsilə hər cəhətdən -- hər cür sözdə və bilikdə zənginləşmisiniz.

6) Buna görə Məsih haqqindaki şəhadətimiz sizdə təsdiqləndi.

7) Bu səbəbdən siz Rəbbimiz Isa Məsihin zühurunu gözləyərək ruhani ən’amdan heç bir korluq çəkmirsiniz.

8) Rəbbimiz Isa Məsih Öz günündə nöqsansiz olmaniz üçün sizi sonadək qüvvətləndirəcək.

9) Sizi Oğlu Rəbbimiz Isa Məsihlə şərik olmağa çağiran Allah sadiqdir.

Cəmiyyətdə fikir ayriliği

10) Ey qardaşlar, Rəbbimiz Isa Məsih naminə sizə yalvariram: haminiz həmfikir olun. Qoy aranizda dəstəbazliq olmasin, eyni düşüncədə və eyni ağilda birləşin.

11) Qardaşlarim, Xloinin evindəkilərindən aranizda münaqişələr olduğunu öyrəndim.

12) *Demək istədiyim budur ki, hər biriniz «mən Paulun ardiciliyam», «mən Apollosun ardiciliyam», «mən Peterinz\fk Peter – yunan mətnində \tl Kefa\tl* , yə’ni Peter adinin arami variantidir. Bax: Yəhya

1) :

42) . ardiciliyam» və yaxud «mən Məsihin ardiciliyam» deyir.

13) Məgər Məsih bölünmüşdü? Məgər sizə görə çarmixa çəkilən Paul idi? Məgər siz Paulun adi ilə vəftiz edildiniz?

14) *Mən Krisp və Qaydan başqa, sizlərdən heç kimi vəftiz etmədiyimə görə Allaha şükür edirəm.

15) Heç kim mənim adimla vəftiz edildiyini deməsin deyə belə etdim.

16) *Yeri gəlmişkən mən bir də Stefananin evindəkiləri vəftiz etdim. Bundan başqa bir kimsəni vəftiz etdiyimi xatirlamiram.

Məsih Allahin qüdrəti və müdrikliyidir

17) Axi Məsih məni vəftiz etməyə deyil, Müjdəni yaymağa göndərdi. Məsihin çarmixdaki ölümü boşa çixmasin deyə Müjdəni müdrik sözlərlə yaymiram.

18) Çünki Onun çarmixdaki ölümü barəsindəki kəlam məhv yolunda olanlar üçün ağilsizliq, xilas yolunda olan bizlər üçünsə Allahin qüdrətidir.

19) *Necə ki yazilib: «Müdriklərin müdrikliyini məhv edəcəyəm, Aqillərin ağlini yox edəcəyəm».

20) *Hani müdrik? Hani alim? Hani bu dövrün mübahisəçisi? Məgər Allah dünyanin müdrikliyinin ağilsizliq olduğunu nümayiş etdirmədi?

21) Allahin müdrikliyinə görə dünya öz müdrikliyi ilə Allahi tanimadiği üçün Allah iman edənləri ağilsiz sayilan təbliğ vasitəsilə xilas etməyə razi oldu.

22) Çünki Yəhudilər mö'cüzəli əlamətlər istəyir, Yunanlar müdriklik axtarir.

23) Biz isə çarmixa çəkilmiş Məsihi təbliğ edirik. Bu, Yəhudilər üçün büdrəmə daşi, başqa millətləra\fk Başqa millətlər – bə’zi əlyazmalarda Yunanlar. üçün isə ağilsizliq sayilir.

24) Amma çağirilan həm Yəhudilər, həm də Yunanlar üçün Məsih Allahin qüdrəti və Allahin müdrikliyidir.

25) Çünki Allahin «ağilsizliği» insan müdrikliyindən daha üstündür, Allahin «zəifliyi» insan gücündən daha güclüdür.

26) Qardaşlar, aldiğiniz çağiriş barəsində düşünün. Bir çoxunuz bəşəri nöqteyi-nəzərdən müdrik, nüfuzlu və yaxud əsilzadə deyildiniz.

27) Allah isə müdrikləri utandirmaq üçün dünyanin ağilsiz saydiqlari, güclüləri utandirmaq üçün dünyanin zəif saydiqlari,

28) dünyanin dəyərli sayilanlarini heç etmək üçün dünyanin xor baxdiqlari, əsilsiz və dəyərsiz sayilan kəsləri də seçdi ki,

29) Allahin qarşisinda heç bir insan öyünməsin.

30) Amma siz Allahin sayəsində Məsih Isadasiniz. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və azadliq oldu.

31) *Buna görə yazildiği kimi, «öyünən Rəblə öyünsün».


up