Nə yaxşı ki, mənim Rəbb Allahım var Gedəsi yerim var, qalası yerim. Nə yaxşı ki mənim Xilaskarım var Deyəsi sözüm var, açası sirrim. Nə yaxşı ki, mənim Məsih İsam var Yanan Dan Ulduzu, Müqəddəs Quzu Tökülən qanıyla təqdis eyləyib Adımı göylərə həkk edənim var. Nə yaxşı ki, mənim Rəbb Allahım var Kədəri, qüssəni qoparıb məndən (daha…)
şerlər
Nə yaxşı ki, mənim Rəbb Allahım var
Bayatılar
Məsih gəldi göylərdən, Bir yol saldı göylərdən Bəxtəvər o kəsdir ki, Yolun saldı göylərdən. Əzizim işıq saçdı, Zülmətdə işıq saçdı İsa zühur eylədi Qəlblərdə işıq saçdı. Əzizim qoşa dağlar, Durub baş-başa dağlar Məsih orda qan töküb Bizi nicata bağlar. Əziziyəm ağlama, Başa qara bağlama İsa xilas gətirdi Düşmənə bel bağlama. Əziziyəm gül açdı, Solmuş bağlar (daha…)
Varmı Allah?
Yığışıban bir zala hər təbəqədən insan Edirdi müzakirə: “Görəsən varmı Allah?” Birisi söylədi “var,” digəri söylədi “yox.” Çox çəkdi müzakirə, çox uzandı bu söhbət Bu dəm müzakirənin çox qızğın bir çağında Zala girdi çox gözəl, dəbdəbəli geyimli Ucaboylu bir adam. Düzəldib boyunluğun, eynəyinin altından Zala bir nəzər saldı. Diplomatını qoyub yanındakı skamyaya Belə başladı nitqə: (daha…)
