İmkan daxilində ömrün sonuna qədər xoşbəxt olmaqdan ötrü zaman dixilində bir səfərmi lazımdır?
Uğrunda bu qədər zəhmətə qatlaşdığımız şeylərə nail olduqdan sonra onlar nə üçün bizi məmnun etmir?
Əldə etmək üçün çalışdığımız şeyləri əldə etdikdən sonra nə üçün qane olmuruq?
Bu suallar indi ortaya çıxmayıb.
Təqribən 2000 il bundan əvvəl zəngin rəislərdən biri İsanın yanına gəlib Ondan soruşur:
Ey yaxşı müəllim! Əbədi həyatı miras almaq üçün nə etməliyəm? İsa ona deyir: “Nə üçün Məni yaxşı adlandırırsan? Bir Allahdan başqa kimsə yaxşı deyildir. Onun əmrlərini bilirsən: Zina etmə, qatillik etmə, oğurluq etmə, yalan şahidlik etmə, ata və anana hörmət et”.
Zəngin rəis cavab verir: “Bütün bunlara gəncliyimdən riayət edirəm”.
İsa bunu eşitdikdə ona dedi: “Daha bir çatışmazlığın var: hər nəyin varsa sat, yoxsullara payla. Göylərdə xəzinən olacaqdır. Sonra gəl, Mənim ardımca get”.
O isə bu sözləri eşitdikdə məyus oldu, çünki çox varlı idi.
İsa onun məyus olduğunu gördükdə dedi: “Sərvəti olanlar Allahın Səltənətinə nə çətinliklə girirlər!” 1
Sərvət problemlərin həlli deyil… çox vaxt sərvət həm bizim üçün, həm də digərləri üçün çox çətin bir məsələ olur.
[Daha oxuyun]
Bizim hamımızın, bəzilərimizin böyük, bəzilərimizin də kiçik problemləri var. Zəlzələlər, müharibələr kimi fəlakətlərdən heç kəs sığortalanmayıb yaxud hər bir adam tənhalığa və xəstəliyə məruzdur. Heç kəs bunlardan kənarda qala bilməz. Bəzən bu kimi şeylər qəflətən gəlir. Bir nəfər Yerusəlimdən Yerihoya gedərkən quldurların əlinə keçdi. Quldurlar onun paltarını çıxartdılar, özünü yaraladılar və yarımcan halda qoyub getdilər. (daha…)
İsa Məsih xəstə adamlara qayğı göstərir. İsa şənbə günü on səkkiz il beli bükülü qalmış bir qadına rast gəlir. İsa, şənbə günü sinaqoqların birində təlim verirdi. Orada, on səkkiz ildən bəri daxilində xəstəlik ruhu olan bir qadın var idi; onun beli bükülmüşdü və qətiyyən düzələ bilmirdi. İsa onu gördükdə yanına çağırdı və ona dedi: «Qadın! (daha…)
İsa Məsih ilə olan əlaqəmiz həm indi, həm də ölümdən sonra həyatımız üçün əhəmiyyətlidir. İsa bunu bir hekayə vasitəsilə açıqladı: Varlı bir adamın torpağı bol məhsul verdi; O özü-özlüyündə düşünürdü: “Nə edim? Məhsulumun bəhrəsini qoymağa yerim yoxdur.” Və dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikərəm və bütün məhsulumu və bütün dövlətimi oraya toplaram. Və (daha…)
İsa Məsihin bizim yerimizə ölməsi – xilasımızdır. Etdiyimiz günahların cəzasını O çəkdi. Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü.19 İsa günahsız idi. Pilat İsanı buraxmaq niyyəti ilə yenə də səsini ucaltdı. Amma onlar: «Onu çarmıxa çək, çarmıxa çək!» – deyə bağırırdılar. O, üçüncü dəfə onlara (daha…)