Yeni Həyat

08-10-2009

İmkan daxilində ömrün sonuna qədər xoşbəxt olmaqdan ötrü zaman dixilində bir səfərmi lazımdır?

Uğrunda bu qədər zəhmətə qatlaşdığımız şeylərə nail olduqdan sonra onlar nə üçün bizi məmnun etmir?

Əldə etmək üçün çalışdığımız şeyləri əldə etdikdən sonra nə üçün qane olmuruq?

Ola bilər siz hələ əsil həyatı tapmamısınız. Bu saytın əsas məqsədi günahkar dünyaya, Allahın necə xilas verməsi və əbədi həyatı əldə etməsi barədə bildirməkdir. Əbədi həyat bizim həyatımızda ən mühüm bir rolu oynayır. İsa dedi,“İnsan bütün dünyaya yiyələnib öz canını itirsə, ona nə fayda olacaqdır?” Bu saytda siz çoxlu dəyişilmiş həyatlar barədə oxuya bilərsiz. İsanın məşhur futbolçuların, Azərbaycanlıların və başqalarının həyatlarını necə dəyişməsi və yeni həyat əldə etməsi barəsində öyrənin. Siz də Allahın Ruhani həyatına qoşulsaz, Yeni Həyat əldə edərsiniz. Amin!

Nə yaxşı ki, mənim Rəbb Allahım var
Gedəsi yerim var, qalası yerim.
Nə yaxşı ki mənim Xilaskarım var
Deyəsi sözüm var, açası sirrim.

Nə yaxşı ki, mənim Məsih İsam var
Yanan Dan Ulduzu, Müqəddəs Quzu
Tökülən qanıyla təqdis eyləyib
Adımı göylərə həkk edənim var.

Nə yaxşı ki, mənim Rəbb Allahım var
Kədəri, qüssəni qoparıb məndən
Şadlığı, sevinci bəxş edənim var,
Alıb qayğıların, dərdin əlindən
Təsəlli verənim, havadarım var.

Nə yaxşı ki, mənim Xilaskarım var
Düşmənin torundan azad eyləyib
Nurlu Səltənətə haylayanım var.
Yaşayan, müqəddəs, qüdrətli arxam,
Sarsılmaz, möhtəşəm bir dayağım var.

Nə yaxşı ki, mənim Rəbb Allahım var
Əbədi məhəbbət töküb qəlbimə
Müqəddəs Ruhuyla məsh edənim var.

Nə yaxşı ki, mənim Rəbb Allahım var
Gedəsi yerim var, qalası yerim.

Bayatılar

08-03-2010

Məsih gəldi göylərdən,
Bir yol saldı göylərdən
Bəxtəvər o kəsdir ki,
Yolun saldı göylərdən.

Əzizim işıq saçdı,
Zülmətdə işıq saçdı
İsa zühur eylədi
Qəlblərdə işıq saçdı.

Əzizim qoşa dağlar,
Durub baş-başa dağlar
Məsih orda qan töküb
Bizi nicata bağlar.

Əziziyəm ağlama,
Başa qara bağlama
İsa xilas gətirdi
Düşmənə bel bağlama.

Əziziyəm gül açdı,
Solmuş bağlar gül açdı.
Müjdə torpağa gəldi
Qara torpaq gül açdı.

Əziziyəm yan gedər,
Kədər, qüssə yan gedər.
Məsihi qəbul etsən
Lənət səndən yan gedər.

Məsih həyat tacıdır,
Sözü dərd əlacıdır.
Məsihin hər övladı
Əziz qardaş-bacıdır.

Varmı Allah?

11-02-2010

Yığışıban bir zala hər təbəqədən insan
Edirdi müzakirə: “Görəsən varmı Allah?”
Birisi söylədi “var,” digəri söylədi “yox.”
Çox çəkdi müzakirə, çox uzandı bu söhbət

Bu dəm müzakirənin çox qızğın bir çağında
Zala girdi çox gözəl, dəbdəbəli geyimli
Ucaboylu bir adam.

Düzəldib boyunluğun, eynəyinin altından
Zala bir nəzər saldı.
Diplomatını qoyub yanındakı skamyaya
Belə başladı nitqə:
“Yoldaşlar, nə üçün siz vaxtınızı boş yerə
Burda keçirirsiniz?
Edirsiniz nahaqdan siz burda müzakirə?”
Özünü çox ağıllı, bilikli sayan adam
Tənqid edib Allahı davam etdi nitqinə:

“Əlbəttə yoxdur Allah,
O yalnız insanların boş-boş xəyallarıdır,
İnsanlar özlərindən kəşf eyləyiblər Onu.
O nə isə dünyanı düzgün yaratmayıbdır.
Bir hələ fikir verin,
Qışda şaxtada, qarda biz donuruq soyuqdan,
Yayda isə istidən yanıb külə dönürük.

Görürsünüzmü, dostlar,
Məgər bu dünyanı O belə yaratmalıydı?
Gərək bizim üçün O rahatlıq yaradaydı.
Allah axı nə üçün yaratmış arıları?
Nəyə lazım arılar onlar bizi sancırlar.”

Bu dəm zaldan bir nəfər qarışdı bu söhbətə.
Qalxıb ayağa dedi:
“Dayanın, dostlar! Bilin, mən imanlıyam,
Lakin nə o iblisdən, nə də Ulu Tanrıdan
Söhbət edəcəyəm mən.

Yalnız bir əhvalatı nəql edəcəm mən sizə.
Bir gün çayın kənarı yol ilə gedirdim mən
Və kiminsə ucadan eşitdim bu naləsin:
“Siz Allah, kömək edin! Kömək edin, boğuldum!”
Və bir anlığa mənim xəyalımdan keçdi ki,
Xilaskar Rəbb Məsihim xilas eyləmiş məni.
Onda yox tərəfgirlik, O baxmır insanların
Mənsəb və mənşəyinə.
Bir zamanlar O məni ölümdən xilas etmiş.
Mən də suda boğulan və Allahın adıyla
And verən o adamı xilas eyləyim gərək.
Və mən kömək edərək çıxartdım onu çaydan”

Allahı tənqid edən və özünü hamıdan
Ağıllı, müdrik sayan həmən o məğrur adam
Tanıdı tez özünü həmən bu əhvalatdan
Qıpqırmızı qızardı, başın salıb aşağı
Tərk eylədi o zalı.

Həyat nədir?

08-10-2009

BakuNightNə üçün məhz mən?
İsa Məsih qayğı göstərir
İsa kimdir?
Nə üçün İsaya möhtacıq?
İsa bizim üçün öldü
Bəs sənin həyatın necə?

İmkan daxilində ömrün sonuna qədər xoşbəxt olmaqdan ötrü zaman dixilində bir səfərmi lazımdır?

Uğrunda bu qədər zəhmətə qatlaşdığımız şeylərə nail olduqdan sonra onlar nə üçün bizi məmnun etmir?

Əldə etmək üçün çalışdığımız şeyləri əldə etdikdən sonra nə üçün qane olmuruq?

Bu suallar indi ortaya çıxmayıb.

Təqribən 2000 il bundan əvvəl zəngin rəislərdən biri İsanın yanına gəlib Ondan soruşur:

Ey yaxşı müəllim! Əbədi həyatı miras almaq üçün nə etməliyəm? İsa ona deyir: “Nə üçün Məni yaxşı adlandırırsan? Bir Allahdan başqa kimsə yaxşı deyildir. Onun əmrlərini bilirsən: Zina etmə, qatillik etmə, oğurluq etmə, yalan şahidlik etmə, ata və anana hörmət et”.

Zəngin rəis cavab verir: “Bütün bunlara gəncliyimdən riayət edirəm”.

İsa bunu eşitdikdə ona dedi: “Daha bir çatışmazlığın var: hər nəyin varsa sat, yoxsullara payla. Göylərdə xəzinən olacaqdır. Sonra gəl, Mənim ardımca get”.

O isə bu sözləri eşitdikdə məyus oldu, çünki çox varlı idi.

İsa onun məyus olduğunu gördükdə dedi: “Sərvəti olanlar Allahın Səltənətinə nə çətinliklə girirlər!” 1

Sərvət problemlərin həlli deyil… çox vaxt sərvət həm bizim üçün, həm də digərləri üçün çox çətin bir məsələ olur.

Daha çox oxuyun

Bizim hamımızın, bəzilərimizin böyük, bəzilərimizin də kiçik problemləri var. Zəlzələlər, müharibələr kimi fəlakətlərdən heç kəs sığortalanmayıb yaxud hər bir adam tənhalığa və xəstəliyə məruzdur. Heç kəs bunlardan kənarda qala bilməz. Bəzən bu kimi şeylər qəflətən gəlir.

Bir nəfər Yerusəlimdən Yerihoya gedərkən quldurların əlinə keçdi. Quldurlar onun paltarını çıxartdılar, özünü yaraladılar və yarımcan halda qoyub getdilər. Təsadüfən bir kahin (yəhudi din adamı) həmin yol ilə gedirdi; adamı gördükdə yolun o tayından keçdi. Bir levili də (kahin yardımçısı) o yerə çatdıqda yaxınlaşdı və onu görüb yolun o tayından keçdi. Bir nəfər samariyalı isə (yəhudilərin kafir saydıqları) o yoldan keçərkən ona rast gəldi və onu gördükdə yazığı gəldi, yaxınlaşıb onun yaralarına zeytun yağı və şərab tökərək sarıdı; onu öz eşşəyinə mindirib bir mehmanxanaya gətirdi və onun qayğısına qaldı. Ertəsi gün isə, oranı tərk edərkən iki dinar çıxarıb mehmanxana sahibinə verdi və dedi: “Onun qayğısına qal; və əgər artıq xərcin çıxarsa, geri qayıdanda mən sənə ödəyərəm.”2

Dindar adamlar o bədbəxt və möhtac adamın yanından keçirlər. Yaralı adam çağırır: “Mənə kömək edəcək bir adam varmı?” Fəqət başqa dindən olan yad bir adam ona qayğı göstərdi və kömək etdi.

Hətta İsa Özü də aclıq və iztirab çəkmişdi. Ona görə İsa bizim dərd-sərimizi yaxşı bilir.

İsa qayğı göstərir!


up